Onlar Üç muşketyor kimidirlər, biri hamı üçün, hamı biri üçün
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bavariya”nın müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyunu öncəsi komandanın futbolçularını muşketyorlarla müqayisə edib (ilk oyun – 4:5).
Sportal.az xəbər verir ki, Rummenigge öz açıqlamasında bunları qeyd edib:
“Böyük uğura nail olmaq üçün təvazökarlıq, əsl komanda ruhu və əlbəttə ki, özünə inam lazımdır. Mən əminəm ki, komandada bunların hamısı var.
‘Bavariya’nın futbolçuları PSJ-yə hörmət edirlər, amma öz güclü tərəflərini də bilirlər. Onlar ‘Üç muşketyor’ kimi mübarizə aparırlar, biri hamı üçün, hamı biri üçün. Bu mövsüm artıq "Alyans Arena"da 80-dən çox qol vurublar.
Həmçinin şadam ki, Vensan Kompani (diskvalifikasiyadan sonra) yenidən texniki zonaya qayıda bilər, Parisdə mətbuat lojasında o, elə də məmnun görünmürdü. Komandamıza möhkəm inanıram və ümid edirəm ki, futbolçular Budapeştə vəsiqəni təmin edəcəklər".
saytlarin hazirlanmasi
Baxış sayı:186
Bu xəbər 05 May 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















