Icma.az
close
up
RU
Onlara Bakı metrosunda yüksək vəzifə verildi KONKRET

Onlara Bakı metrosunda yüksək vəzifə verildi KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakı Metropoliteni QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, qurumun Hüquq departamentinin rəisi Babək İsmayılov öz vəzifəsindən azad edilərək həmin departamentin rəis müavini vəzifəsinə təyin olunub.

B.İsmayılovun yerinə Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.

Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.

Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Ağayev daha öncə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olub.

Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov Bakı Metropoliteni QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri