Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Onlara deyirik ki, atanız cənnətdədir...”

“Onlara deyirik ki, atanız cənnətdədir...”

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, Süleyman Qaradağlı, AZƏRTAC

2021-ci il yanvarın 7-də isə Babayevlər ailəsində qız övladı dünyaya gəldi. Onda Elmanın anası Lalə, bacısı Sara, həyat yoldaşı Zərifə qəribə hisslər keçirirdilər, çünki körpənin atası artıq üç ay idi ki, həyatda yox idi…

Şəhid Elman Babayevin anası Lalə xanım AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Xeyli götür-qoy etdim. Fikirləşdim, elə ad qoymalıyam ki, Elmanın taleyinə uyğun gəlsin, onun ruhunu yaşatsın. Bir halda ki, onun yadigarı, son nişanəsidir, dedim ki, onda qoy adı da Nişanə olsun”.

Ana köks ötürərək davam edir: “O, müharibəyə gedəndə qızı olacağını bilirmiş. Evdən çıxandan sonra ağlına nə gəlibsə bir də geri qayıtdı. Üzümdən öpüb pıçıltı ilə dedi: “Qayıtmasam, qızımın adını sən qoyarsan…” Evdəkilər, qohum-əqraba soruşdular ki, Elman sənə nə dedi? Qəhər məni boğdu, heç nə deyə bilmədim. Bu, onun haradan ağlına gəlmişdi, deyə bilmərəm. Amma aradan bir neçə gün keçəndən sonra balamın qara xəbəri gəldi”.

Elman hərbi xidmətini Murovda Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissədə keçmişdi. Onun imzası ilə çoxsaylı təşəkkürnamə almışdı. Evə qayıdandan sonra da öz komandiri haqqında tez-tez danışırdı. 2020-ci ilin yayında general-mayor Polad Həşimovun şəhid olması ona çox ağır təsir etdi.

Vətən müharibəsinin ilk günlərindən Elman Murov yüksəkliyi uğrunda döyüşlərə qoşulub. Cəbhə yoldaşları onun çox ürəklə və cəsarətlə döyüşdüyünü deyirlər. Onların dediyinə görə, sanki ölümünü gözünün önünə almışdı. Hətta əməliyyat vaxtı hamıya ürək-dirək verib, cəsarətli olmağa çağırıb. “Onsuz da nə olacaqsa olacaq. Qətiyyən xoş olmayan, pis şeyləri gözünüzün qabağına gətirməyin. Gec-tez, əvvəl-axır bu məsələ yekunlaşmalı, xalqımız bu bəladan qurtulub rahat nəfəs almalıdır. İndi onu yekunlaşdırmaq bizim üzərimizə düşüb. Ona görə bu işi yekunlaşdırmalıyıq”, - deyirmiş.

Dediyi kimi də olub. Vətən müharibəsinin beşinci günü yenə həmişəki kimi çox böyük cəsarətlə, yoldaşlarına ürək-dirək verə-verə döyüşüb. Elə həmin gün Murovdağ yüksəkliyində Elmanın Vətən yolunda, torpağımızın azadlığı uğrunda hər şeyə hazır olan ürəyi sonuncu dəfə vurub…

Lalə xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Çalışırdı ki, hər gün zəng etsin, məni, bacısını, həyat yoldaşını nigaran qoymasın. İlk günlər mənə təlimdə olduğunu deyirdi, qətiyyən müharibə haqqında danışmırdı. “Hər şey yaxşıdı, heç nədən narahat olma”, - deyirdi. Sentyabrın 30-da qapıbir qonşumuz, Elmanın yaxın dostu Məhəbbətin şəhid olduğunu eşitdik. Həmin gün hadisəni eşidib qonşuya gedirdim, növbəti dəfə zəng elədi, mən nə qədər özümü toxtaq tutmağa çalışsam da, mümkün olmadı. Gördüm ki, o da Məhəbbətin şəhid olduğundan xəbərdardır. Artıq heç nəyi gizlətməyin yeri deyildi. “Ümidi sənə tapşırıram, ana”, - dedi. Bu, Elmanla son danışığım oldu”.

Yeri gəlmişkən qeyd edək ki, Elman Babayev 1994-cü il noyabrın 1-də Oğuz rayonunun Padar kəndində anadan olub. Kənddəki orta məktəbə gedib. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-dən Murovdağ döyüşlərinin iştirakçısı olub. Oktyabrın 1-də şəhidliyə ucalıb. Onun nəşini bir gün sonra götürmək mümkün olub. Oktyabrın 4-də Oğuz rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Lalə deyir: “Hələ nə Ümid, nə də Nişanə atalarının şəhid olduğunu başa düşmürlər. Hər dəfə “atamız dağlardadır, gəlib bizi gəzməyə aparacaq” deyirlər. Oğlu Elmanı axırıncı dəfə hərbi geyimdə gördüyündən onun yadında əsgər formasında qalıb. Uşaqlar indi də hərbi geyimdə kimisə görəndə “ata, ata” deyib qışqırırlar, onda adamın ürəyi parçalanır. Hər gün atalarını soruşur, onun yolunu gözləyirlər. Onları inandırmağa çalışırıq ki, atanız cənnətdədir, ordan sizə nə lazım olsa göndərir. Bilmirəm düz edirəm, yoxsa yox? Amma həqiqəti uşaqlara necə çatdıracağımı da bilmirəm. Onların körpə ürəklərini qırmaq mənə çox ağır gəlir”.

Bu il Ümid məktəbə qədəm basıb, hazırlıq sinfinə gedir. Gələn il də Nişanə hazırlığa gedəcək. İllər gəlib keçir, uşaqlar hiss olunmadan böyüyürlər.

Atasız, ata yolu gözləyə-gözləyə…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri