Icma.az
close
up
RU
Atanız cənnətdədir, şəhid balaları

Atanız cənnətdədir, şəhid balaları

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2021-ci il ailəsində qız övladı dünyaya gəldi. Onda Elmanın anası Lalə, bacısı Sara, həyat yoldaşı Zərifə kədər qarışıq sevins hissi keçirirdilər – körpənin atası artıq 3 ay idi ki, həyatda yox idi, dünyaya isə onu canlı yadigarı gəlmişdi.

Şəhid Elman Babayevin anası Lalə xanım deyir: “Xeyli götür-qoy etdim. Fikirləşdim, elə ad qoymalıyam ki, Elmanın taleyinə uyğun gəlsin, onun ruhunu yaşatsın. Bir halda ki, onun yadigarı, son nişanəsidir, dedim ki, onda qoy adı da Nişanə olsun”.

Ana köks ötürərək davam edir: “O, müharibəyə gedəndə qızı olacağını bilirmiş. Evdən çıxandan sonra ağlına nə gəlibsə bir də geri qayıtdı. Üzümdən öpüb pıçıltı ilə dedi: “Qayıtmasam, qızımın adını sən qoyarsan…” Evdəkilər, qohum-əqrəba soruşdular ki, Elman sənə nə dedi? Qəhər məni boğdu, heç nə deyə bilmədim. Bu, onun haradan ağlına gəlmişdi, deyə bilmərəm. Amma aradan bir neçə gün keçəndən sonra balamın qara xəbəri gəldi”.

Elman hərbi xidmətini Murovda Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissədə keçmişdi. Onun imzası ilə çoxsaylı təşəkkürnamə almışdı. Evə qayıdandan sonra da öz komandiri haqqında tez-tez danışırdı. 2020-ci ilin yayında general-mayor Polad Həşimovun şəhid olması ona çox ağır təsir etdi.

Vətən müharibəsinin ilk günlərindən Elman Murov yüksəkliyi uğrunda döyüşlərə qoşulub. Cəbhə yoldaşları onun çox ürəklə və cəsarətlə döyüşdüyünü deyirlər. Onların dediyinə görə, sanki ölümünü gözünün önünə almışdı. Hətta əməliyyat vaxtı hamıya ürək-dirək verib, cəsarətli olmağa çağırıb. “Onsuz da nə olacaqsa olacaq. Qətiyyən xoş olmayan, pis şeyləri gözünüzün qabağına gətirməyin. Gec-tez, əvvəl-axır bu məsələ yekunlaşmalı, xalqımız bu bəladan qurtulub rahat nəfəs almalıdır. İndi onu yekunlaşdırmaq bizim üzərimizə düşüb. Ona görə bu işi yekunlaşdırmalıyıq”, - deyirmiş.

Dediyi kimi də olub. Vətən müharibəsinin beşinci günü yenə həmişəki kimi çox böyük cəsarətlə, yoldaşlarına ürək-dirək verə-verə döyüşüb. Elə həmin gün Murovdağ yüksəkliyində Elmanın Vətən yolunda, torpağımızın azadlığı uğrunda hər şeyə hazır olan ürəyi sonuncu dəfə vurub…

Lalə xanım söhbətində deyib: “Çalışırdı ki, hər gün zəng etsin, məni, bacısını, həyat yoldaşını nigaran qoymasın. İlk günlər mənə təlimdə olduğunu deyirdi, qətiyyən müharibə haqqında danışmırdı. “Hər şey yaxşıdı, heç nədən narahat olma”, - deyirdi. Sentyabrın 30-da qapıbir qonşumuz, Elmanın yaxın dostu Məhəbbətin şəhid olduğunu eşitdik. Həmin gün hadisəni eşidib qonşuya gedirdim, növbəti dəfə zəng elədi, mən nə qədər özümü toxtaq tutmağa çalışsam da, mümkün olmadı. Gördüm ki, o da Məhəbbətin şəhid olduğundan xəbərdardır. Artıq heç nəyi gizlətməyin yeri deyildi. “Ümidi sənə tapşırıram, ana”, - dedi. Bu, Elmanla son danışığım oldu”.

Yeri gəlmişkən qeyd edək ki, Elman Babayev 1994-cü il noyabrın 1-də Oğuz rayonunun Padar kəndində anadan olub. Kənddəki orta məktəbə gedib. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-dən Murovdağ döyüşlərinin iştirakçısı olub. Oktyabrın 1-də şəhidliyə ucalıb. Onun nəşini bir gün sonra götürmək mümkün olub. Oktyabrın 4-də Oğuz rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Lalə ana sonda dedi deyir: – Hələ nə Ümid, nə də Nişanə atalarının şəhid olduğunu başa düşmürlər. Hər dəfə “atamız dağlardadır, gəlib bizi gəzməyə aparacaq” deyirlər. Oğlu Elmanı axırıncı dəfə hərbi geyimdə gördüyündən onun yadında əsgər formasında qalıb. Uşaqlar indi də hərbi geyimdə kimisə görəndə “ata, ata” deyib qışqırırlar, onda adamın ürəyi parçalanır. Hər gün atalarını soruşur, onun yolunu gözləyirlər. Onları inandırmağa çalışırıq ki, atanız cənnətdədir, oradan sizə nə lazım olsa göndərir. Bilmirəm düz edirəm, yoxsa yox? Amma həqiqəti uşaqlara necə çatdıracağımı da bilmirəm. Onların körpə ürəklərini qırmaq mənə çox ağır gəlir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri