Icma.az
close
up
RU
Onları bağışlamaq olarmı?

Onları bağışlamaq olarmı?

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

RƏŞAD QASIMOV

Ötən həftə baş tutan "Sumqayıt" - "Neftçi" matçını prinsipial edən məqamlardan biri də Samir Abasovun qonaqların baş məşqçisi qismində sumqayıtlıların futbol məbədinə, "Mehdi Hüseynzadə"yə gəlişi idi. Mövsümə "kimyaçılar"ın çalışdırıcısı kimi başlayan 46 yaşlı mütəxəssis, hazırda "ağ-qaralar"ı uğura daşımağın formulu cızır. 

Matçdan əvvəl özlüyümdə "yəqin ki, sumqayıtlı azarkeşlər klub üçün etdiklərinə görə Abasovu alqışlarla qarşıyacaq, şəninə şüarlar sələndirəcək" deyə düşünürdüm. Hətta Samir bəyin tribunalara tərəf gedib, onu alqışlayan azarkeşlərə necə təşəkkür etdiyini də təsəvvür edirdim. Hər halda bir sumqayıtlı kimi Abasov hər zaman yaşadığı şəhər barədə yüksək fikirlər sələndirib, azarkeşlərə isti münasibət göstərib, pisi də, yaxşını da onlarla bir yerdə yaşayıb. 

Ancaq necə deyərlər, sən saydığını say, gör bir qrup özünü "Sumqayıt"ın sumqayıtlı fanat kimi təqdim edən yeniyetmə sayır...

Hakimin start fiti səslənən kimi "Ultras Sumqayıt" azarkeş qrupunun üzvləri "Neftçi"nin baş məşqçisinin ünvanına şüarlar səsləndirməyə başladılar, pankart açdılar. Ancaq həmin şüarlarda, pankartda mənim gözlədiyim kimi sumqayıtlı mütəxəssisin ünvanına xoş sözlər yox, əksinə, xoşagəlməz ifadələr ifadələr yer almışdı. 

Futbolun amansız idman növü olduğunu, bu gün səni qəhrəman hesab edənlərin, sabah səndən üz döndərdiyini dəfələrlə şahidi olmuşuq. Ancaq cəmi bir neçə həftə əvvəl Samir bəyin şəninə az qala bəstələr səsləndirənlərin qısa vaxtda 180 dərəcə dəyişməyi mənə çatmadı, açıq desəm, pis təsir etdi.

Nəyə görə? Nə Abasovun, nə də başqa bir məşqçinin vəkiliyəm. Olmaqda fikrim yoxdu. Sadəcə, bazar günü onu tribundan təhqir edənlərə Samir bəyin "Sumqayıt"ı hansı kluba dəyişdiyinə fikir vermələrini istərdim. "Neftçi" Azərbaycan futbolunun ən köklü, tarixi ənənəsi olan klubdu. Bu gün Abasovun yerində, daha dəqiq desəm, "ağ-qaralar"ın "sükanı arxasında" olmaq istəyən neçə-neçə məşqçi var. Ölkənin üzdə olan, olmayan, məşqçi kimi özünü təsdiq edən və etməyən, gələcəkdə bu yola qədəm qoymaq istəyənlərin demək olar, hamısı ölkənin ən köklü klubunda çalışmaq istəyir və ya arzulayır. Ancaq bu gün üçün realllıq oldur ki, bu missiya Abasovun, sumqayıtlı mütəxəssisin üzərinə düşüb. Sumqayıtlı azarkeşlər (təbii ki, bu hamıya şamil olunmur) 46 yaşlı məşqçini təhqir etmək əvəzinə alqışlamalı, "Neftçi"dəki işində uğurlar arzulamalı idi. Və ən əsası fəxr etməlidilər ki, Azərbaycan futbolunun siması, tarixi hesab olunan klubu məhz onların həmyerlilərinə, sumqayıtlıya etibar ediblər. Kim bilir bir də tarixdə belə hal yaşanacaq, ya yox.

Sonda "Ultras Sumqayıt"ın bəyanat yayaraq, Samir Abasovdan və ailsəindən üzr istəyini qeyd edim. Ancaq atalarımız "daldan atılan daş topuğa dəyər" deyiblər. "Ultras Sumqayıt"ın üzvləri gəncdilər, özləri də bilmədən səhvə yol veriblər.Onların özlərində cəsarət tapıb üzrlə bəyanat yaymaları  tədqirə layiq addım kimi dəyərləndirmək lazımdı. Ancaq Samir Abasovun onları bağışlayıb-bağışlamadığı sual olaraq qalır... 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sport24.az
archiveBu xəbər 11 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri