Onları məndən qabaq qəbiristanlığa göndərməyin
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bu gün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarımız belə uzun illər o məsuliyyəti hiss edib".
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur" verilişində deyib. Sənətçi mahnılarını ifa edən gənclərə də tövsiyə verib:
"Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyəm var. Əgər onun öhdəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol-qabırğalarını sındırıb, onları məndən qabaq qəbiristanlığa göndərməyin"./Axşam.az

Onları məndən qabaq qəbiristanlığa göndərməyin
01 İyul 2025 22:40
AMB onları cərimələdi
16 Noyabr 2024 11:45

