Icma.az
close
up
RU
Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın

Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xırdalanda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsulların sarı rəngə boyadıldığını aşkarlayıb.

Ölkə.Az xəbər verir ki, bu sintetik sarı boyanın insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malik olduğu açıqlanıb.

Bundan əvvəl də dəfələrlə qurum tərəfindən oxşar reydlər keçirilib və toyuq sexlərində antisanitar vəzyyət aşkarlanıb.

Axırıncı reyd bir daha göstərdi ki, yaşanan bu hal ilk olmadığı kimi son də olmayacaq.

Bəs bu vəziyyətin qarşısını necə almaq mümkündür?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov toyuqların rənələnməsini "qanun pozuntusu" adlandırıb:

“Dəfələrlə demişik ki, istehlakçıların aldadılması prosesinin özü belə bir qanun pozuntusudur. Bu gün insanlarda ilk baxışdan belə bir fikir formalaşır ki, əgər rəngi sarıdırsa, ayaqları üzərindədirsə, bu kənd toyuğu sayılır. Artıq işbazlar insanların sağlamlığı, aldadılması üzərindən pullar qazanır. Onlar burada boşluqlardanmı və yaxud da cərimələrin azlığındanmı istifadə edirlər. Foto və videolardan göründüyü kimi, burada artıq müəyyən kimyəvi rəngləndiricilərdən istifadə olunub. Təbii ki, bunun özü bir qanun pozuntusudur. Bu, “kənd toyuğu” adı altında qida saxtakarlığı sayılır və birmənalı şəkildə sərt tədbirlər görülməlidir.

Mütəxəssis belə halların qarşısının alınması üçün cərimələrin artırılmasını və cinayət işi açılmasını təklif edib:

“Görülən tədbirlər həmin rənglənmə ilə məşğul olan sexin fəaliyyətinin məhdudlaşdırılması ilə yekunlaşmamalı, sexin tam ləğvi, avadanlıqların istifadədən çıxarılması həyata keçirilməlidir. 

Məhsullar birmənalı şəkildə ictimaiyyətdən gözü qarşısında məhv edilməlidir. Rənglənmiş bütün toyuqların, yarımfabrikatların hamısı məhv olunmalıdır ki, bunlar təkrar dövriyyəyə, qayıtmasın, yəni burada ümumiyyətlə saxlanca vermək olmamalıdır. 

Həmçinin burada cərimə məsələsində ən maksimum hədd götürülməlidir. Çünki, bundan əvvəl də səhv etmirəmsə, Abşeron ərazisində belə bir proses olmuş, cərimələr yazılmışdı. Görünür, cərimə bunlara başa düşməyə təsir eləmir. Artıq cinayət məsuliyyəti mexanizmi işə salınmalıdır. Çünki bu məsələlər insanların sağlamlığına real təhlükə yaradır. İstehlakçıların aldadılması prosesi var, sağlamlıq üçün təhlükəli məhsul istehsalı var. Maddi və sağlamlıq zərərləri sübuta yetirildikdə artıq burada bir cinayət işi başlanmalıdır. Hətta sahibkarlıq hüququndan məhrumetmə olmalıdır. Yəni belə şəxslərin qida sahəsində fəaliyyəti konkret olaraq qadağan olunmalıdır. Təklif edirəm ki, bu cür işbazların adı qara siyahıya salınsın. Çünki burada “kənd toyuğu” adı altında heç bir markalanma, sertifikat, AQTA ilə müqaviləsi olmayan qeyri-qanuni fəaliyyətdən söhbət gedir. Adamlar sözün əsl mənasında sanki bir “qaçdı-qovdu” oynuyorlar”.

İ.Şirinov hesab edir ki, vəziyyəti nəzarətdə saxlamağın ən yaxşı yolu toyuq sexlərində kameraların quraşdırılmasıdır:

“Təklif edirəm ki, videomüşahidə kameraları quraşdırılsın və həmin kameralar vasitəsilə AQTA-nın əməkdaşları sexdə baş verən prosesləri birbaşa izləyə bilsinlər. Bir daha deyirəm ki, bu cür sərt tədbirlər görülməlidir. İctimaiyyət artıq bilməlidir ki, bu cür adda toyuqların satışı ilə məşğul olan X adamlar bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb olundular, bunların sahibkarlıq fəaliyyəti dayandırıldı. 

Biz nə qədər “sertifikatlı məsulları alın” desək də, bu cür məsələlərdən sonra sanki, sözlərimiz kölgədə qalır. Deyirdik ki, dərisi azca sərt, rəngi broyler toyuğundan fərqli, yəni sarımtıl toyuq alın. Çünki kənd toyuğu təbii qidarlarla - ot, buğda, arpa ilə qidalandığına görə rəngində azacıq sarımtıllıq olur. Artıq bunu da boya ilə etdilər. Buna görə də geriyə bir yol qalır. İnandığınız baytarlıq nəzarətindən keçmiş təsərrüfatlardan toyuqları alıb özünüz kəsib evdə istifadə edin. Bir daha deyiləm ki, təsərrüfatların özü belə baytarlıq nəzarətində olan təsərrüfatlar olmalıdır”.

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri