Icma.az
close
up
RU
“Onların istintaqa cəlb etdikləri müttəhimlərin əksəriyyəti işgəncələr altında özlərini günahkar saymışlar…”

“Onların istintaqa cəlb etdikləri müttəhimlərin əksəriyyəti işgəncələr altında özlərini günahkar saymışlar…”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Dustaq nə qədər çox əks-inqilabi təşkilat nümayəndələrinin adını çəksəydi, müstəntiq bir o qədər çox təriflənirdi.  Müstəntiqin xidməti tərcümeyi-halı onun işlədiyi müddətdə güllələnməyə məhkum etdiyi dustaqların sayı ilə müəyyən olunurdu…”

Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

“İstintaq materiallarından...

Qoryayev Fyodor Yakovleviç: 

(Əvvəli burada:)

“…1938-ci ilin sonunadək işi hərbi tribunalın sərəncamına göndərməzdən əvvəl xalq komissarları Sumbatov, Rayev, xalq komissarının müavini Borşev və şöbə müdiri Qriqoryan dustağın taleyini həll edirdilər: onu hansı “kateqoriyaya” aid etmə məsələsinə baxırdılar: “birinci kategoriya”- güllələnmə, “ikinci kategoriya” isə həbs düşərgəsi demək idi… 

Şəxsən mən elə bir hadisə xatırlamıram ki, Sumbatov, Rayev, Borşev və Qriqoryanın “birinci kategoriyaya” aid etdiyi dustaq güllələnməyə məhkum olunmasın. Bütün bunun üçün dustağın hərbi kollegiyanın məhkəmə iclasında özünün antisovet təşkilatın üzvü olduğunu boynuna alması kifayət idi. Bu isə aşağıdakı yolla əldə edilirdi. İş üzrə istintaq qurtarandan sonra, xüsusilə də hərbi kollegiyanın gəlişindən qabaq Qriqoryanın göstərişi ilə hər bir dustağın üzərində ciddi-cəhdlə iş aparılırdı. Onu müxtəlif yollarla inandırırlar ki, əgər o, məhkəmə zamanı özünü günahkar sayıb, əks-inqilabi təşkilatın üzvü olduğunu səmimiyyətlə boynuna alsa, onda onun həyatının mühafizə olunmasına təminat verilir. Əgər əvvəlki ifadələrindən imtina etsə, onsuz da məhv ediləcək və xalq düşməni kimi güllələnəcək… 

Hərbi kollegiya hər gün 60-70 adamın işinə baxırdı. Əvvəlcə “birinci kateqoriyaya” aid edilənlərin işinə baxılırdı, sonra isə o birilərin. Bütün yığıncaqlar kobud, mən deyərdim ki, cinayətkar qanun pozuntuları şəraitində keçirdi. Onu demək kifayətdir ki, əgər bir iş üzrə məsuliyyətə bir neçə nəfər cəlb olunurdusa, onların hamısı eyni vaxtda məhkəmə salonuna çağIrılmırdı. Bir-birindən təcrid olunmuş şəkildə ifadə verirdilər… 

Bir qayda olaraq, sədrlik edən hər bir müttəhimə eyni iki sualı verirdi: müttəhim özünü günahkar sayırmı və əks-inqilabi təşkilatın üzvü olubmu? Hər bir müttəhimin dindirilməsinə cəmisi 2-3 dəqiqə vaxt ayrılırdı… 

Şəxsən mən belə hesab edirəm ki, hərbi kollegiyanın məhkəmə iclasları sadə adamlara divan tutulmasında formal bir şey idi. Dustaqların taleyini faktiki olaraq “NKVD” rəhbərləri, onların müavinləri və şöbə müdirləri həll edirdi…

Müstəntiqlər iş keyfiyyətinə, siyasi və əməli hazırlığına, agentura ilə işləmək qabiliyyətinə görə qiymətləndirilirdi. Dustaq nə qədər çox əks-inqilabi təşkilat nümayəndələrinin adını çəksəydi, müstəntiq bir o qədər çox təriflənirdi.  Müstəntiqin xidməti tərcümeyi-halı onun işlədiyi müddətdə güllələnməyə məhkum etdiyi dustaqların sayı ilə müəyyən olunurdu. Güllələnmə qərarı nə qədər çox olsaydı, onu çıxaran müstəntiq də bir o qədər qiymətli hesab olunurdu. Odur ki, müstəntiqlərin çoxusu hansı yolla olursa olsun, dustağı daha çox əksinqilabi-təşkilat nümayəndəsinin adını çəkməyə, onlara böhtan, ləkə atmağa məcbur edirdi... 

Bu cür “mütəxəssis”lərdən XI şöbədə daha çox şöbə müdiri Qriqoryan, onun köməkçisi Aksyanov, şöbə müdiri Kudin, əməliyyat müvəkkili Kryuçenkov şöhrətlənmişdilər. Onu demək kifayətdir ki, onların istintaqa cəlb etdikləri müttəhimlərin əksəriyyəti işgəncələr altında, məcburiyyət qarşısında özlərini günahkar saymış, hər biri onlara başqa adamın adını çəkərək onların məhvinə səbəb olmuşlar…

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri