Icma.az
close
up
RU
Onlarla nə sevgili olmaq olur, nə dost Başınız ağrımasın istəyirsinizsə, bu bürclərdən uzaq durun

Onlarla nə sevgili olmaq olur, nə dost Başınız ağrımasın istəyirsinizsə, bu bürclərdən uzaq durun

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Əgər həyatınızda bəlaya və təhlükəyə yer vermək istəmirsinizsə, bu bürclərə xüsusilə diqqət etməlisiniz. Bu bürclərdən nə sevgili, nə də dost olur...

Budur, başınızı bəlaya sala biləcək ən təhlükəli bürclər...

Bəziləri sirli davranışları ilə, bəziləri isə sözləri ilə sizi təsir altına alır. Əvvəlcə cazibələri ilə sizi valeh etsələr də, sonradan başınızı dərddən çıxarmırlar.

Əqrəb bürcü

23 oktyabr - 21 noyabr tarixlərində doğulanlar Əqrəb bürcünə aiddir. Əqrəblər duyğusal, ehtiraslı, sadiq, müşahidəçi və təsirli xüsusiyyətləri ilə seçilirlər. Lakin qürurlarına toxunulduqda çox həssas olurlar.

Əqrəb insanı dərin duyğulara sahibdir. Amma bir dəfə güvənsizlik hiss etsə, hər şey çətinləşir. Qısqanclıq, intiqam və manipulyasiya bu bürcün qaranlıq tərəfləridir. Duyğularıyla sizi sarır, sonra isə nəyə uğradığınızı anlamırsınız. Dost olsalar sirrinizi qoruyarlar, amma düşmən olsalar həmin sirr sizi çökdürə bilər. Yəni Əqrəb bürcündən nə sevgili, nə də dost olar.

Əkizlər bürcü

21 may - 21 iyun tarixlərində doğulanlar Əkizlər bürcünə aiddir. Əkizlər enerjili və çoxşaxəli xarakterləri ilə diqqət çəkirlər. Hərəkətli həyat tərzini sevən Əkizlər hər yerdə şən və yaxın davranışları ilə fərqlənirlər.

Əkizlər insanı ağıllı, əyləncəli, danışqan, amma bir o qədər də dəyişkəndir. Bugün sizə aşiq görünə bilər, sabah başqa macəraya atıla bilər. Onlara nə dostluqda, nə də sevgidə güvənmək asan deyil. Bir gün gecə boyu dərdləşdiyiniz adam, ertəsi gün sizi tanımaya bilər.

Qoç bürcü

21 mart - 21 aprel tarixlərində doğulanlar Qoç bürcünü təmsil edir. Qoçlar enerjili, cəsarətli və qərarlı olmaları ilə tanınırlar. Ani qərarlar verməkdə və sürətli hərəkət etməkdə ustadırlar. Ümumiyyətlə, müstəqilliklərinə düşkün və öz yollarını çizməyi sevən insanlardır.

Qoçlar lider ruhlu, ehtiraslı, amma səbirsiz və düşünmədən hərəkət edən bürclərdəndir. Onlarla mübahisəyə girsəniz, özünüzü döyüş meydanında tapa bilərsiniz. İstər dostluqda, istər münasibətdə "mən haqlıyam" münasibətləri ilə sizi bezdirə bilərlər. Bu bürclə sakit qalmaq çox çətindir.

Oxatan bürcü

23 noyabr - 21 dekabr tarixlərində doğulanlar Oxatan bürcünə aiddir. Oxatanlar macərapərəstliyi, yenilik axtarışları və nikbinlikləri ilə tanınırlar. Azadlığa düşkün olan Oxatanlar döyüşkən xarakterləri ilə də seçilirlər.

Oxatanlar üçün həyat bir macəradır. Onlar üçün bağlılıq çox vaxt bir yükdür. Nə sevgili kimi sizi qane edərlər, nə də dost kimi dinləyərlər. Bir gün birlikdə plan qurduğunuz insan, səhəri gün təkbaşına başqa ölkədə ola bilər.

Oğlaq bürcü

22 dekabr - 20 yanvar tarixlərində doğulanlar Oğlaq bürcünə aiddir. Oğlaqlar ciddi, çalışqan və məqsədyönlü olduqları ilə tanınırlar. Onlar məqsədlərinə çatmaq üçün səbir və nizam-intizam nümayiş etdirirlər.

Oğlaq bürcü insanı daim məqsədini düşünür, duyğuları arxa plana atır. Onlar üçün hər şey məntiqlə ölçülməlidir. Ən kövrək anınızda belə, sizi anlamaq əvəzinə "özünü ələ al" deyə bilərlər. Münasibətdə "daş divar" kimidirlər; dostluqda isə maraqları bitən kimi yollarını dəyişə bilərlər.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Aprel 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri