Icma.az
close
up
RU
ONLARLA OBYEKTİ, YÜZƏ YAXIN VİLLASI... Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?

ONLARLA OBYEKTİ, YÜZƏ YAXIN VİLLASI... Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hürriyyət”də iş adamı Vüqar Sədibəylinin “AAAF Park” Yaşayış Kompleksinin girişində mərhum dövlət başçısı Heydər Əliyevin posterini sökdürdüyü haqda məlumat vermişdik. Heydər Əliyevin posterini sökdürdü, yerində obyekt tikdirdi” sərlövhəli yazıda qeyd etmişdik ki, V.Sədibəylinin qanunsuz tikinti apardığı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq olunub. Hətta qurumun “Facebook” səhifəsində bu haqda rəsmi informasiya da verilib:

"Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin məlum açıqlamasına baxmayaraq, Vüqar Sədibəyli Heydər Əliyevin posterini və dövlət atributları olan guşəni sökdürərək, yerində obyekt inşa etdirib. Öz qanunsuz əməllərini ört-basdıq etmək üçün isə sonradan Heydər Əliyevin sökülən posteri və dövlət atributları ərazidəki maşın dayanacağına yerləşdirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin də elan etdiyi kimi, iş adamının özbaşına fəaliyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunsa da, kimsə qanunsuz tikintinin qarşısını ala bilməyib. Yaxud da, V.Sədibəylinin orda-burda dediyi kimi, pulla bütün qurumların “ağzını yumduğu” üçün tikintini başa çatdırmağa müvəffəq olub.

Qanunsuz tikintiyə niyə göz yumulub?

Əlbəttə, biz Vüqar Sədibəylinin Heydər Əliyevin posterini və dövlət atributlarını rüşvət hesabına sökdürdüyünü iddia etmək fikrindən uzağıq. Sadəcə, o, öz yaxın çevrəsində belə bir fikir səsləndirib ki, “AAAF Park” Yaşayış Kompleksinin girişindəki obyekt ona çox baha başa gəlib, çünki bütün qurumları rüşvətlə susdurmağa məcbur olub.

Onu da qeyd edək ki, iş adamının iddiasına baxmayaraq, bu məsələdə təkcə rüşvət amili rol oynamayıb. Onu yaxından tanıyanlar yaxşı bilir ki, V.Sədibəyli hər kəsə özünün yüksək çinli məmurlardan birinin qohumu kimi təqdim edir. Görünür, bu söhbətə də həmin məmurun adı daxil olduğundan, heç bir qurum qanunsuz tikilinin qarşısını almağa maraq göstərməyib.

Vüqar Sədibəylinin “qohumu olduğunu” iddia etdiyi məmurun kimliyini açıqlamazdan öncə qeyd edək ki, o, ticarətə hansısa vəzifəli şəxsin dəstəyi ilə gəlməyib. Onu yaxından tanıyan şəxslər bildirir ki, V.Sədibəyli vaxtilə “Dərnəgül” bazarında Kamal adlı sahibkarın yanında satıcı kimi fəaliyyət göstərib. O, bu mağazada alçıpan satırmış. Bir müddət yanında çalışdığı sahibkardan ticarətin bütün sirrlərini öyrəndikdən sonra, özü də alverə girişib və xaricdən alçıpan gətirməyə başlayıb.

Mənbə deyir ki, biznes fəaliyyəti ilə məşğul olduqdan sonra Vüqar Sədiyev özünü “fövqəlnazir” Kəmaləddin Heydərovun qohumu kimi təqdim etməyə başlayıb. Hər yerdə deyirmiş ki, Kəmaləddin Heydərov anasının dayısı oğludur. Bunun nə dərəcədə dəqiq məlumat olduğunu deyə bilməsək də, görünən odur ki, K.Heydərovla “qohumluq” ona böyük sərvət qazandırıb. Belə ki, dünənə qədər 500-600 manat maaşa satıcı işləyən Sədiyev indi milyonlarla manatlıq sərvət sahibidir.

Məlumata görə, hazırda o, alçıpan satışı ilə yanaşı, xarici ölkələrdən bağ mebellərinin ixracı ilə də məşğuldur. “Gala shopping village”-də bu cür mebellərin satıldığı “Garden Decor” mağazasının ona məxsus olduğu deyilir. Mənbə bildirir ki, onun ən sevimli müştəriləri pulunun sayı-hesabı bilinməyən məmurlardır. Belə ki, Vüqar Sədiyevin Kəmaləddin Heydərovun “qohumu olması” bəzi məmurları da onunla iş görməyə sövq edir…

Məlumat üçün bildirək ki, V.Sədiyev təkcə alqı-satqı işi ilə məşğul deyil. Onun Mərdakan yolunda böyük restoran açdığı da bildirilir.

Lakin bütün bunlar Sədiyevin varidatının çox cüzi hissəsidir. Mənbənin sözlərinə görə, o, bütün pullarını villa tikintilərinə yatırır. Nə qədərə qəribə səslənsə də, hazırda onun 100-ə yaxın villasının olduğu bildirilir. Əsas villaları isə Mərdəkan və Şüvəlan ərazilərində yerləşir.

FHN-dən açıqlama

Məlumat üçün bildirək ki, Vüqar Sədiyevin özünü hər yerdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “qohumu” kimi təqdim etməsini öyrəndikdən sonra, bu quruma sorğu göndərdik. Məqsədimiz “AAAF Park” Yaşayış Kompleksinin qarşısındakı qanunsuz tikiliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı icazə, yaxud rəy verildiyini aydınlaşdırmaq idi. Əlbəttə, biz inanmırdıq ki, V.Sədiyev məhz K.Heydərovun “qohumu” olduğu üçün onun Heydər Əliyevin posterini və dövlət atributlarını sökdürməsinə icazə verilib. Ən azı ona görə ki, nazir Kəmaləddin Heydərovun mərhum dövlət başçısı Heydər Əliyevə sevgisi və sayğısı cəmiyyətdə çoxlarına bəllidir. Belə olduğu halda, o, Vüqar Sədiyevin qanunsuz əməllərinə necə göz yuma bilərdi?! Lakin, təəssüf ki, FHN-nin sorğumuza cavabı bir sıra şübhələrə yol açır: “Sorğunuza cavab olaraq bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Sədibəyli Vüqar İlqar oğlu tərəfindən qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığını müəyyən edib. Agentlik tərəfindən həmin ərazidə tikinti işlərinin dayandırılması barədə 10 yanvar 2025-ci il tarixli “Qərar” qəbul edilib. Həmçinin, “Qərar”ın tələblərinə əməl olunmadığına görə, adı çəkilən şəxs barəsində 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır.

Dəyərli oxucularımız sual verə bilər ki, FHN-nin bu cavabında təəccüblü, daha dəqiq desək, şühəyə yol açan nə ola bilər ki? Bəri başdan oxucularımızın diqqətinə çatdıraq ki, nazirliyin “hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır” açıqlamasına rəğmən, V.Sədiyev qanunsuz obyektin tikintisini çoxdan başa çatdırıb.

“Hürriyyət”

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see130

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see128

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see126

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see125

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see125

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see124

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see123

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see120

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see119

Nə vaxt dayanacaqlarını bilmirlər və...donuz olurlar...

18 İyun 2025 21:35see117

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see117

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see115

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

İyulun 1 də quru sərhədlər açılacaq?

18 İyun 2025 21:27see112

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri