Icma.az
close
up
RU
Onlarla ölkənin baş bəlası: Sakit okean od halqası nədir?

Onlarla ölkənin baş bəlası: Sakit okean od halqası nədir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Dünya Rusiyanın Kamçatka vilayətində baş verən 8,8 bal gücündə zəlzələ ilə sarsıldı. ABŞ-dan Yaponiyaya qədər bir çox ölkədə sunami xəbərdarlığı elan edildi. Zəlzələnin məşhur Sakit okean "od halqası" üzərində baş verməsi isə diqqət çəkir. Bəs nədir bu Sakit okean "od halqası"? Yer kürəsindəki zəlzələlərin 90 faizinin baş verdiyi bu dairə hansı bölgələri əhatə edir və niyə məhz bu adı alıb?

Zəlzələlərin və sunamilərin mərkəzi

Qayanrinfo xəbər verir ki, dünyanın ən böyük zəlzələlərinin, vulkan püskürmələrinin və sunamilərin baş verdiyi, Sakit okeanını əhatə edən bu qövsə "Sakit okean od halqası" deyilir.

40 min kilometr uzunluğundakı bu kəmər Çilidən başlayaraq Cənubi Amerikanın qərb sahilləri, Mərkəzi Amerika, Meksika, ABŞ-ın qərb sahilləri və Alyaskanın cənubundan Aleut adaları, Yaponiya, Filippin, Yeni Qvineya, Cənubi Sakit okean adaları və Yeni Zelandiyaya qədər uzanır.


Zəlzələlərin 90 faizi bu dairədə baş verir

Dünyadakı zəlzələlərin təxminən 90 faizi və böyük təkanların 80 faizi bu dairədə baş verir. Tarixdəki ən dağıdıcı təbii fəlakətlərdən bəziləri də bu zolaqda qeydə alınıb. Bunlara 2011-ci ildə Yaponiyada baş verən 9,1 bal gücündə Tohoçu zəlzələsi və ardınca baş verən Fukuşima nüvə fəlakəti, 1960-cı ildə Çilidə baş verən və 10 dəqiqə davam edən 9,5 bal gücündə böyük Çili zəlzələsi, 2004-cü ildə Hind okeanında baş verən 9,1 bal gücündə zəlzələ və sunami, eləcə də 1964-cü ildə Alyaskada qeydə alınan 9,2 bal gücündə zəlzələ daxildir.

2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində yaranan sunami 227 mindən çox insanın həyatına son qoyub. Dalğaların hündürlüyü 15 metrə qədər çatıb. 2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra yaranan sunami nəticəsində isə 20 minə yaxın insan həlak olub. Dalğalar Fukuşima atom elektrik stansiyasını vuraraq dünyanın ən ağır nüvə qəzasına səbəb olub.


900-ə yaxın aktiv vulkan bu zonada yerləşir

Zəlzələlərin bu bölgədə tez-tez baş verməsi, ərazidə təxminən 900 aktiv vulkanın olması ilə də əlaqələndirilir. Çilidən Yeni Zelandiyaya qədər uzanan bu zonada Ojos del Salado (6893 metr) və Llullaillaco (6739 metr) kimi dünyanın ən yüksək aktiv vulkanları yerləşir. Bundan əlavə, Alyaska, Rusiya, Yaponiya, Filippin, İndoneziya və Yeni Zelandiyada da çoxlu sayda vulkanlar mövcuddur.

Sakit okean "od halqası" hansı bölgələr təşkil edir?

Bu dairə yer qabığını təşkil edən və "Sakit okean litosfer lövhəsi" adlanan ən böyük tektonik lövhənin sərhədləri boyunca uzanır. Bu lövhənin qonşu lövhələrlə toqquşduğu sahələrdə - yəni "dalma-batma zonalarında" - ən böyük və ən dağıdıcı zəlzələlər baş verir. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin Zəlzələ Təhlükələri Proqramının koordinatoru Maykl Blanpayd bildirib ki, Sakit okean tamamilə çox aktiv sərhədlərlə əhatə olunması baxımından bənzərsiz bir bölgədir.


Gələcəkdə yeni böyük zəlzələlər gözlənilir

Mütəxəssislər bölgədə dəqiq tarix verməsələr də, gələcəkdə daha böyük zəlzələlərin baş verəcəyini istisna etmirlər. Kaliforniyada San Andreas fay xətti, Yaponiyada Nankai çuxuru və Sakit okean Şimal-qərbindəki Kaskadiya qırılma xətti, yaxın gələcəkdə zəlzələlərin episentri ola bilər.

Elmi əməkdaşlıq və fəlakətlərdən dərs çıxarma çağırışı

Yeni Zelandiya Yer Elmləri Təşkilatının seysmoloqu Anna Kayzer bildirib ki, bu bölgə üzrə aparılan araşdırmalar elmi əməkdaşlığı artırmaqla yanaşı, ümumi bir problemi də üzə çıxarır. Cənub-Şərqi Asiya tarixçisi Entoni Reyd isə 2004-cü il zəlzələsi və sunamisindən sonra keçmiş hadisələri öyrənməklə gələcək fəlakətlərə dair daha çox məlumat əldə etməyin mümkün olduğunu vurğulayıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri