Icma.az
close
up
RU
Onlarla şəxsə tələ quruldu “Fake” qadın profilləri ilə şantaj

Onlarla şəxsə tələ quruldu “Fake” qadın profilləri ilə şantaj

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

TikTok-da "fake" qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs polis əməkdaşları tərəfindən ifşa olunub və onun qanunsuz əməllərinin qarşısı alınıb.

Redaktor.az-ın məlumatına görə, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə, domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Məlumata görə, vətəndaşların DİN-ə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.

İlkin məlumata görə, o, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.

Fakt üzrə Ş.Fətullayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidməti zərərçəkmişlərin şəxsiyyəti barədə sorğunu şərh etməyib. Qurum vətəndaşlara müraciət edərək vurğulayıb ki, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs diqqətli olmalı, yayılma ehtimalı olan şəxsi görüntüləri paylaşmamalıdır.

Əgər kimsə sosial şəbəkələrdə hədə və təhdidə məruz qalırsa, dərhal Daxili İşlər Nazirliyinə müraciət etməli və ictimai təhlükəli əməllərin qarşısının alınmasında təşəbbüskar olmalıdır.

Qeyd edək ki, cinayət işi üzrə onlarla zərərçəkmiş var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri