Icma.az
close
up
RU
Onlayn formada kəbin kəsdirmək nə dərəcədə düzgündür? DİN XADİMİ MÜNASİBƏT BİLDİRDİ

Onlayn formada kəbin kəsdirmək nə dərəcədə düzgündür? DİN XADİMİ MÜNASİBƏT BİLDİRDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son vaxtlar bəzi insanlar onlayn platformalar üzərindən dini nikah (kəbin) bağlayır. Bu hal nə dərəcədə düzgündür? Bu məsələ həm dini, həm hüquqi, həm də sosial baxımdan ciddi müzakirə tələb edir. Onlayn formada yəni görüntülü zəng vasitəsilə ruhani tərəfindən nikah kəsilməsi, bəzi hallarda şəriətə uyğun hesab oluna bilər, amma burada fikir ayrılığı böyükdür". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.

Onun sözlərinə görə, İslamda nikahın əsas şərtləri var: tərəflərin razılığı, şahidlərin iştirakı, mehrin müəyyən olunması və nikahın elan olunması: "Əgər bunlar onlayn şəkildə təmin olunursa, bəzi din alimləri bunu keçərli hesab edə bilər. Lakin bu, universal qəbul olunmuş bir qayda deyil və məzhəbdən-məzhəbə dəyişir. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə, dini nikah yalnız rəsmi nikahdan sonra bağlana bilər. Rəsmi nikah olmadan dini nikah bağlamaq qanunla qadağandır və hüquqi nəticələr doğura bilər. Yəni, onlayn kəbin heç bir hüquqi qüvvəyə malik deyil.

Bəs belə bir nikahın zərərli tərəfləri hansılardır?

Onlayn kəbinin zərərləri müxtəlif sahələrdə özünü göstərir:

1. Hüquqi Zərərlər:

Bu cür nikah dövlət tərəfindən tanınmır, yəni qadın və ya uşaq hüquqi cəhətdən heç bir təminat əldə edə bilmir.

Əgər münasibət pozularsa, qadın aliment, miras, əmlak bölüşdürülməsi kimi hüquqları tələb edə bilməz.

Mollalar və iştirakçılar Azərbaycan qanunvericiliyini pozmuş olurlar.

2. Aldadılma və Etibarsızlıq Riski:

Onlayn mühitdə şəxsiyyətin doğruluğunu təsdiqləmək çətindir. İnsan saxta adla evlilik edə bilər.

Bəzi kişilər dini nikahı məsuliyyətdən qaçmaq və qadını aldatmaq üçün sui-istifadə vasitəsi kimi istifadə edirlər.

3. Dini Cəhətdən Şübhəli Olması:

Bütün məzhəblər onlayn nikahı qəbul etmir.

Dini nikah ciddi niyyət və şərait tələb edir. Bu şərtlər olmadan bağlanan nikah şəriətə zidd sayılır və hətta bəzi hallarda zina ilə eyni səviyyədə qiymətləndirilə bilər.

4. Sosial və Ailəvi Təsirlər:

Bu cür nikahlar ailələrin iştirakı olmadan baş verir və ailələrarası münasibətlər pozula bilər.

Cəmiyyət tərəfindən qəbul olunmayan bir forma olduğuna görə, gələcəkdə sosial təzyiqlər və psixoloji gərginliklər yaranır.

Belə çıxır ki, onlayn kəbin heç bir halda məsləhət deyil?

Dini baxımdan müəyyən şərtlərlə bu formanın keçərli ola biləcəyini deyən alimlər olsa da, hüquqi və sosial reallıqlar baxımından bu addım məsuliyyətsiz və risklidir. Ən sağlam yol, əvvəlcə rəsmi nikahın bağlanması, daha sonra isə ənənəvi və şəffaf şəkildə dini kəbinin kəsilməsidir. Bu həm dinə uyğun, həm də hüquqi cəhətdən təhlükəsiz bir yoldur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:542
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri