Icma.az
close
up
RU
Onu yarğılamağa tələsməyin Murad Arif Xalq artistini müdafiə etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Onu yarğılamağa tələsməyin Murad Arif Xalq artistini müdafiə etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Murad Arif sosial şəbəkə hesabında Xalq artisti Ağadadaş Ağayev ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, müğənni, sənətçini qınayanları tənqid edib.

O, paylaşımında insanları Xalq artistinə qarşı mərhəmətli olmağa çağırıb:

"Frenk Sinatrasından tutmuş Vitni Hyustonuna qədər, yumruq atan kim, həbs olunan kim, və sair və ilaxır. Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi, bir Allaha bir də o iki kişiyə bəllidir.
Bilmirəm o hücum idi, yaxud müdafiə idi, yaxud təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb,qərar verər. Amma siz, o videoda özünüzü, atanızı, qardaşınızı, yaxud ərinizi də təsəvvür edə bilərsiniz, məsələn. Ola bilməz?!
"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə yarğılamağa tələsməyin. O 40 ildir apardığı məclislərlə, kasetləriylə, diskləriylə, mahnılarıyla xalqın sənətçisi olub. Yoxsa onunla oynayan, sevinən böyüyən nəsillər, xalq deyil?!
Bu "balta" insidentinə rəğmən, Ağadadaş Ağayev bundan sonra da "Yarı səndə, yarı məndə", "Dodağına gülüş qonub", "Sən oldun" ifaçısı kimi qalacaq, yenə də onu dinləyəcək, onunla bərabər oxuyacaq, qoşub oynayacaqsınız".

Demirəm ki, yaxşı edib. Deyirəm ki, hamınızın başına gələ biləcək hadisədir. Qoy, daşı günahsız olan atsın".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri