Icma.az
close
up
RU
Əlvan rənglərin əbədiyyəti

Əlvan rənglərin əbədiyyəti

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məryəm Ələkbərli Azərbaycanda və xaricdə gənc rəssam kimi məşhurlaşmışdı. Ötən həftə 33 yaşında dünyadan köçən qeyri-adi istedadlı bu xanımın əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.

Məndən 1 yaş yarım böyük olan bacım vardı, adı Məryəm idi. O da 33 yaşında dünyasını dəyişib, özü də, təxminən, 33 il əvvəl… İstər-istəməz numerologiya ilə maraqlananda gördüm ki, 33 rəqəminin öz mənəvi və enerjili önəmi var, xüsusi diqqət və anlayış tələb edən mənəvi vibrasiya nömrəsidir. Bu rəqəm yüksək yaradıcılıq səviyyəsini, harmoniya və tarazlıq qabiliyyətini, mənəvi iman və maarifləndirmə gücünü simvollaşdıra bilər. Yüksək mənəvi şüur və ilham sayı kimi də qəbul edilir. Adına 33 nömrəli mələk də deyirlər. Düşünürəm ki, bəlkə, buna görə mələklər Məryəmləri qanadlarına alıb aparıblar…

Məryəm Ələkbərlinin kiçik yaşlarından musiqi və rəssamlıqla maraqlanıb. Bakıda incəsənət sahəsində ilk addımlarını atıb, təhsilini Moskvada davam etdirib. İstedadlı, gənc rəssam Paris Dekorativ ali məktəbinə, sonra İncəsənət ali məktəbinə üz tutub. Onun əsərlərində Matis, Qogen, Sezan kimi böyük rəssamların da təsiri vardı, amma bundan yaradıcı şəkildə bəhrələnə bilirdi.

Təsadüfi deyil ki, incəsənət tarixçiləri Məryəmin Parisdə təhsil alsa da, əsərlərində hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini vurğulayıblar.

Təxminən 10 il əvvəl “Azərbaycanfilm” kinostudiyasında onun haqqında Xalq yazıçısı Elçinin ssenarisi əsasında “Məryəm” bədii-sənədli filmi çəkilib. Maraqlıdır ki, Məryəm Ələkbərli özü həmin filmin quruluşçu rəssamı olub.

Dünən Elçin müəllimə zəng edib Məryəm haqqında fikrini soruşduq.

– Təbiət Məryəmi elə yaratmışdı ki, onun ömrü adi insanların ömrü kimi uzun olmayacaqdı, – dedi. – Çünki Məryəm adi insan deyildi, o adi insanlardan uzaqlıqda və ucalıqda idi… Məryəm orada, o ucalıqda gördüklərini çəkirdi, oradakı sevincini bizlə bölüşürdü, arzularını bildirirdi və onun çəkdiyi güllər də, ağaclar da, dağlar, dalğalar da adi deyildi…

Artıq Novruz bayramına az qalıb və Məryəm bu növbəti Novruzu görməyəcək, ancaq onun çəkdiyi “Novruz” həmişə bizimlə qalacaq… Məryəm bir meteor sürəti ilə, Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun əsərlərinin sirli-sehirli təəssüratı altında 2006-cı və 2011-ci ildə “Məryəmin missiyası” adlı iki esse yazmışdım… Məryəm bu dünyadakı missiyasını yerinə yetirdi və birdən-birə də uçub getdi…

Nakam rəssamın “Yallı”, “Qobustan”, “Azərbaycan muğamı” silsilə tabloları onun necə nusiqi duyumlu rəssam olduğunu göstərir. Onun hələ 10 il əvvəl Bakıda açılmış fərdi sərgisində sənət adamları heyranlıqla iştirak edib, ürək sözlərini söyləyiblər.

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov: “Məryəmin rəsmləri heyrət doğurur. Bu gənc rəssamda sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşmişdir. Bu, çox mürəkkəb məsələdir. İstedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün, həqiqətən, çox gözlənilməzdir”.

Xalq artisti, kinorejissor, mərhum Eldar Quliyev: “Məryəm Ələkbərli istedadlı gənc rəssamdır. Onun əsərləri, demək olar ki, bütün Avropanı gəzmişdir. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir".

“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri, tanınmış rəssam Aida Mahmudova: “Bizim açdığımız sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim edilmişdir. Məryəmin əsərlərində çox güclü müsbət enerji var. Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur”.

Məryəm Ekzüperinin “Kiçik şahzadə”sinə həsr olunmuş bir sıra rəsmlər çəkib və bu əsasda musiqili cizgi filmi də ərsəyə gətirilib. Parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürən gənc rəssam naturanı təfsirlə əsərinin ruhuna tabe edirdi. Bununla da rəssamlıqda öz dəst-xəttini yazırdı. Tonların harmoniyasını incəliklə yaradır və bu da onun rəng seçimindəki yüksək duyumundan və peşəkarlığından xəbər verirdi. Rəssamlar özləri bəzən onun rəng seçiminin ilahi vergi olduğunu söyləyiblər.

Məşhur rus sənətşünası Olqa Sviblova onun haqqında yazmışdı: “Məryəm sənətdə yaşayır, özünü onun vasitəsi ilə kəşf edir və dünya ilə ünsiyyət qurmağın əsas yoluna çevirir. Bəlkə də, buna görə onun bədii mesajı çox güclü və heyrətamizdir”.

Böyük fırça ustası Tahir Salahov Məryəmin heç kimə bənzəmədən unikal rəssam kimi xarakterizə edib. Onun Qobustana həsr olunmuş əsərlərinə heyran qaldığını bildirmişdi.

Həftəlik “France Dimanche” jurnalında Məryəm Ələkbərlinin haqqında məqalə dərc edilib və incəsənət tarixçisi Janet Zvinjenberjer onun sərgilərinin dünyanın bir çox ölkələrində təşkil olunduğundan, əsərlərinin məziyyətlərindən söhbət açıb. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin dialoqunu rənglərin dili ilə gözəl ifadə etdiyini vurğulayıb, kompozisiya istedadına heyran qaldığını bildirib.

...Təəssüf ki, rəngləri incəliklə seçən, seyrçiləri ağ kətan üzərində sehrli aləmə qovuşduran Məryəmin özünü axırda bir rəng seçdi – qara. Həm də çox tez seçdi.

Rəssam dünyanı erkən tərk etdi. Onun əsərləri qaldı və sənətsevərlər o rəsmlərdən güc alırlar.

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri