Onun gözü yolda “Qarabağ”ın məşqçilər korpusu qərar verməkdə tələsmir
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yayda yenidən “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyevin Ağdam klubunda qalıb-qalmayacağı sual altındadı.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” hələ də təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib.
Yayda Türkiyənin “Adana Demirspor” klubundan ayrılaraq yenidən “Qarabağ”a dönən qolkiper yeni sözləşmə təklif olunacağı təqdirdə komandada qalmağı düşünür. Ancaq “Qarabağ”ın məşqçilər korpusu qapıçı ilə bağlı son sözü rəhbərliyə deməyib.
Millimizin də şərəfini qoruyan qapıçının klubla mövcud müqaviləsi yayda başa çatır.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















