Icma.az
close
up
RU
Onun “Qarabağ”ı tərk etməsinin arxasında dayanan səbəb Bizə demişdi ki..

Onun “Qarabağ”ı tərk etməsinin arxasında dayanan səbəb Bizə demişdi ki..

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Düz bir ay əvvəl idi, “Qarabağ” Suraxanıda “Kəpəz”lə yoldaşlıq görüşündə üz-üzə gəlirdi.
Riçard Almeydanın burada sonuncu ilini keçirdiyini çoxdan hiss etmişdim deyə, onunla geniş müsahibə hazırlamaq niyyəti ilə səbəbkara yaxınlaşmışdım.
Danışmaq istəmirdi. Gah klubdan icazə almağın vacibliyini, gah tərli olduğunu, gah da tələsdiyini deyib aralanmaq istəyirdi. Lakin dilə tutub müəyyən suallara cavab tapa bilmişdim.
Həmin müsahibənin bir hissəsi beləydi.
- Bu yaşda özünü necə hiss edirsən?
- Yaş, sadəcə, rəqəmdir. Önəmli olan insanın orqanizmi və ruhudur. Bir də ki, insanın öz işini sevməsi mütləqdir. Tanıyanlar bilir ki, futbolla hansısa məqsəd üçün yox, sırf bu oyuna olan sevgimə görə məşğul oluram. “Qarabağ”da oynamaq üçün özümdə hələ də o gücü hiss edirəm. Gələcəkdə necə olacağını zaman göstərəcək.
- İndiki gücün daha 1 il futbol oynamaq üçün kifayət edəcək?
- Mən hazıram. Fiziki formamı və meydanda nə qədər istəkli olduğumu görürsünüz. 1, bəlkə də 2 il oynayacağım Allahın əlindədir. Özümü futbolsuz təsəvvür edə bilmirəm.
- Karyeranın əsas hissəsi “Qarabağ”la bağlıdır. Futbolla başqa klubda vidalaşmağı təsəvvür edə bilirsən?
- 2012-ci ildə “Qarabağ”ın qapıları üzümə açılan gündən ürəyim bu klubla döyünüb. Bunu yaxınlarım və dostlarım yaxşı bilir. Ən böyük arzularımdan biri milli komandada oynamaq idi ki, buna da nail oldum. Bu cür gözəl ölkənin pasportuna sahib olaraq Azərbaycan yığmasının şərəfini qorumağın özü də mənim üçün fəxrdir. Bu yerlərə çatmağımda Qurban Qurbanovun danılmaz əməyi var. O, mənə şans verdi, daim yanımda oldu, hansısa məqamlarda doğru yol göstərdi. Bu gün də məhz bir-birimizə olan hörmətin sayəsində buradayam.
- Suala konkret cavab vermədin.
- Hazırda “Qarabağ”la müqaviləm davam edir və qarşıda 5 ay var. Bütün diqqətimi “Qarabağ”a yönəltmişəm. Ona görə də karyeramı başa vurmaq, yaxud başqa kluba keçmək barədə düşünmürəm. Hər şey Allahın əlindədir.
Riçard “Qarabağ”da qalmaqda maraqlı idi. Xanımı və qayınanası uzun illərdir Bakıda yaşayırdı, iki qızı paytaxtımızdakı ödənişli məktəbdə təhsil alırdı, özü və ailəsi kifayət qədər dost-tanış qazanmışdı. Üstəlik, ürəyinin üstündə “Qarabağ”ın loqosunu daşıyırdı.
Özü də daha 1-2 il top dalınca qaçmaq arzusundan bəhs edirdi. Ancaq ehtiyatlı danışırdı, “hər şey Allahın əlindədir” deyib, əl yeri qoyurdu. Ki, karyeramı başa vurmağı düşünmürəm, futbol oynamaqda maraqlıyam.
Lakin Riçardı əlinin içi kimi tanıyan Qurban Qurbanov millimizin sabiq üzvünün növbəti ildə “Qarabağ”a lazımi fayda verə bilməyəcəyinə əmin olduğundan, yeni müqavilə barədə tapşırıq vermədi.
Almeyda çıxış yolunu nədə tapdı? Karyerasını Braziliyada davam etdirmək istədiyini deyərək vaxtından əvvəl “Qarabağ”ı tərk etməkdə.
Odur ki, Riçi futbol oynamaq diləyi ilə vətəninə qayıtmaq qərarını verdi. Məşqçi işləmək istəsəydi, Maksim Medvedevlə Rauf Əliyevə olduğu kimi, ona da yer tapılacaqdı. Lakin o, məşqçi kimi də ağlında əsas komandanı tutmuşdu.
Yeri gəlmişkən, son bir ayda “Qarabağ”dan ayrılan braziliyalıların sayı 3-ə çatdı – Olavio Juninyo, Julio Romao, indi də Riçard Almeyda. (Sport.info)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri