Icma.az
close
up
RU
“Onun ruhu kitabxanasının yanındadır!” Etibar Əliyev yazır

“Onun ruhu kitabxanasının yanındadır!” Etibar Əliyev yazır

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Böyük Azərbaycan alimi, görkəmli mütəfəkkir və unudulmaz müəllim Azad Xəlil oğlu Mirzəcanzadənin anım günü münasibətilə təhsil eksperti Etibar Əliyev onun şəxsiyyəti, elmi irsi və intellektual dünyası haqqında düşündürücü bir yazı qələmə alıb.

Müəllif Azad Mirzəcanzadəni yalnız böyük alim kimi deyil, həm də ömrünü mütaliəyə, həqiqətə və azad düşüncəyə həsr etmiş nadir ziyalılardan biri kimi təqdim edir.

Yazıda onun Sokratın “Mən bilirəm ki, heç nə bilmirəm” fəlsəfəsinə bağlılığı, həqiqəti cəsarətlə söyləmək ənənəsinin daşıyıcısı olması, polimat düşüncə tərzi və zəngin kitabxanasının formalaşdırdığı universal dünyagörüşü geniş şəkildə təhlil edilir.

Gununsesi.info sözügedən mətni təqdim edir:

Böyük Azərbaycan alimi və mütəfəkkiri Azad Xəlil oğlu Mirzəcanzadənin anım günüdür. Onun haqqında xeyli yazılar yazılıb, lakin nəhənglər haqq dünyasına qovuşsalar da onlar haqqında hər zaman yeni nəsə yazmaq mümkündür. Bunu etməyə çalışdım…

Qədim Yunan filosofu Sokrat həmişə dönə-dönə təkrar edirdi ki, heç nə bilmir. O, bununla demək istəmirdi ki, biliklər əlçatmazdır. Comərdliklə fəlsəfə arasındakı qırılmaz əlaqə onun fəlsəfəsinin qızıl xəttidir. O, söhbət etdiyi adamın şəxsi mövqeyi ilə bağlı, özünün iti və yenilməz məntiqinə əsaslanaraq elə suallar verirdi ki, rəqibin mövqeyinin yanlışlığı gülüş doğururdu. Yanlış fikrin kəskin təkzibinin üsulu kimi ortaya çıxan Sokrat ironiyası dialektikanı – söhbət və müzakirə sənətini bir gücə çevirdi. Sokratın “Mən bilirəm ki, heç nə bilmirəm” aforizmini Azad müəllim də çox sevirdi. Ömrünün sonuna qədər oxuyan bəlkə də bir neçə Azərbaycan alimindən biri olmuşdur. Onun kitabxanası Borxesin kitabxanası kimi sonsuz idi.

Böyük fransız filosofu Mişel Fuko “parresia ” anlayışından Berklidə Kaliforniya Universitetində 6 mühazirə oxuyub. Bir anlayışdan 6 mühazirə? Paressiyanın gücü nədədir? Parresiya yunan sözüdür, etimoloji olaraq “hər şeyin deyilməsi ” mənasını verir. Parresiya şagirdin deyil, müəllimin öhdəliyidir. Müəllim bütün gücü ilə ürəyini tələbəsinə -şagirdinə “açmalıdır”. Başqa sözlə parresiya-azadlıqdır. Parresiya -həqiqəti söyləyir- bu dəyəri anlamayını başa salmağa çalışır. Parresiastlar – yüksək biliklərə malik olan şəxslər sayılırlar. Bizim Azad müəllim əsl parresiast idi. Geniş mütalisəsi və erudisiyasının hesabına hər şeyi deyə bilirdi və adı kimi özü də azad insan idi. Bizim nəsil parresiastı gördü. Onun “deyə bildimmi” ifadəsi parresiyanın bizdəki gerçəkliyidir.

Azad Mirzəcanzadə həm də əsl polimat idi. Polimat-müxtəlif elm sahələri: ədəbiyyat, incəsənət, təbiət elmləri, mədəniyyət sahələrində dərin idraka malik olan şəxsdir. Onları çox vaxt universal və intellektual insan da adlandırırlar. Kissincerə görə Leonardo da Vinçi, İbn Sina, B. Franklin, M. Lomonosov, əl-Xorezmi, İbn Rüşd, İmmanuil Kant polimat olublar.

Sonradan şəxsi kitabxanaların miqyası böyüdükcə polimatların sayı artmağa başladı. U. Eko, R. Dokkinz, Medavar, V. Heyzenberq, Çarlz Snou və başqaları əsl polimatlardır.

Biz belə adamlara sarkazmla yanaşır və onları “hərşeyşünas” adlandırırıq.

Azad Mirzəcanzadənin əsərlərini oxuyanlar bu xətti açıq-aşkar görürlər. Səbəbi onun universal kitabxanası və dərin idrakı idi.

Bizim orta və ali təhsil sistemi uşaqlarda və gənclərdə xətti təfəkkür formalaşdırır. Müəllimlər idrakın genişləndiriməsi üçün vacib əlavə ədəbiyyatlar tövsiyə edə bilmirlər. Çünki özləri oxumurlar. Məktəb və universitet kitabxanalarında mütaliə kursları keçilməlidir. Belə bir kursu apara biləcək bir neçə şəxs var. Lakin maraq yoxdur. Belə getsə heç olmayacaq da! Səbəb sadədir: narsisizm xəstələyi buna imkan vermir.

Azad müəllimin Ruhu kitabxanasının yanındadır. Kitabxanasının harada olmasından isə məlumat yoxdur.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri