Icma.az
close
up
RU
Öpdüyü xaça tüpürən Paşinyan Erməni kilsəsinin taleyi necə olacaq?

Öpdüyü xaça tüpürən Paşinyan Erməni kilsəsinin taleyi necə olacaq?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın kilsə və katolikos haqqında verdiyi yeni bəyanat həm ölkə daxilində, həm də beynəlxalq xristian icmaları arasında ciddi rezonans doğurub. O bildirib ki, Ermənistan Apostol Kilsəsinin başçısı, bütün ermənilərin katolikosu II Qaregin (Ktriç Nersisyan) yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq, ardınca isə IV əsrdən bəri qüvvədə olan kilsə nizamnaməsi dəyişdiriləcək.

Ən radikal detal isə budur ki, Paşinyan gələcəkdə katolikos vəzifəsinə evli bir keşişin təyin edilməsini planlaşdırır. Bu plan yalnız daxili bir kilsə islahatı deyil, həm də Ermənistanın siyasi nizamı, dini ənənələri və beynəlxalq imici üçün dərin təsirləri ola biləcək bir dəyişiklikdir.

Dini islahat adı altında siyasi müdaxilə

Paşinyan bu addımı atmaqla Ermənistan Apostol Kilsəsinə, yəni ölkənin ən qədim və ən nüfuzlu dini qurumuna birbaşa təsir göstərmək istəyir. Bu, texniki olaraq mümkündür, amma praktiki olaraq çox çətindir. Nizamnamənin dəyişməsi üçün kilsənin daxili məclisinin razılığı lazımdır. Bu da Paşinyanın sadə hökumət qərarı ilə edə biləcəyi bir şey deyil. Əgər Paşinyan güc yolu ilə bu dəyişikliyi həyata keçirməyə çalışsa, dini və konstitusion böhran yarana bilər.

Baş nazirin bu təşəbbüsü Ermənistan tarixində çox mühüm bir dönüş nöqtəsi ola bilər. Çünki dini ənənələrin dəyişdirilməsi cəhdləri hər zaman hər yerdə ciddi müqavimətlə üzləşib və cəmiyyətin daha da parçalanmasına gətirib çıxarıb.

Erməni Apostol Kilsəsində mövcud qaydalar nədir?

Paşinyanın "keşiş evli olmalıdır" bəyanatı həm dini, həm də tarixi baxımdan ciddi suallar doğurur. Digər kilsələr kimi, Erməni Apostol Kilsəsində də aşağırütbəli ruhanilər evlənə bilərlər, lakin yalnız keşişliyə başlamazdan əvvəl evlənməlidirlər. Yəni bir adam evlənib, sonra keşiş ola bilər, amma keşiş oldusa, daha sonra evlənə bilməz. Amma yüksəkrütbəli vəzifələrə, məsələn, yepiskop, arxiyepiskop, katolikos subay olmalıdır. Bu, yüzillərlə davam edən kilsə nizamnaməsinin tələbidir. Bütün ermənilərin dini rəhbəri sayılan katolikos da tarixən subay ruhani olub. Nikol Paşinyan isə deyir ki, katolikos vəzifəsinə evli ruhani gətiriləcək və bunun üçün kilsənin nizamnaməsi dəyişdiriləcək. Bu isə hazırda mövcud olan kilsə qanunlarına tam ziddir və radikal dəyişikliyə ehtiyac var.

Ermənistanda baş verən bu dini-siyasi dəyişikliklər dünyada, xüsusilə də digər xristian icmaları tərəfindən necə qəbul oluna bilər?

Pravoslav kilsələri bu tip dəyişikliklərə çox həssasdır. Onlar Paşinyanın təşəbbüsünü dünyəvi hakimiyyətin müqəddəs dini struktura müdaxiləsi kimi qiymətləndirəcəklər. Vatikan da əsrlərdir keşiş və ruhani liderlərin subay qalmasını tələb edir. Paşinyanın evli keşişi katolikos etmək planı katolik teologiyası və kilsə ənənəsinə ziddir. Bəzi protestant cərəyanlar isə evli keşişləri qəbul edirlər. Bu icmalar Paşinyanın təşəbbüsünü müsbət və "modernləşdirici addım" kimi qiymətləndirə bilərlər. Amma yenə də bu cür ciddi struktur dəyişikliyinin siyasi motivlərlə edilməsi onları da narahat etməyə bilməz. Bu baxımdan, yeni seçiləcək katolikosun dünya xristian icmaları tərəfindən tanınması sual altındadır. Ona görə də Paşinyanın bu təşəbbüsü yalnız daxili siyasət deyil, qlobal xristian aləminə də təsir edən hadisədir.

Ermənistan üçün yeni mərhələ

Paşinyanın təşəbbüsü Ermənistan tarixində kilsə-dövlət münasibətləri baxımından yeni bir mərhələ açır. Amma bu mərhələ təhlükəli və çoxqatlı nəticələrlə çiyin-çiyinə dayanıb. Əgər dini strukturlar siyasi məqsədlərlə dəyişdirilərsə, bu, yalnız ölkədaxili deyil, həm də beynəlxalq səviyyədə dini və hüquqi legitimliyin itirilməsi, cəmiyyətin parçalanması və Ermənistanın qədim xristian kimliyinin zədələnməsi ilə nəticələnəcək. Bu dəyişiklik baş verərsə, Erməni Apostol Kilsəsi tarixində ilk dəfə olaraq katolikosun dini deyil, siyasi ssenari üzrə təyin edildiyi bir dövrə qədəm qoyacaq.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri