Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir

Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmaları nəzərə aldıqda, indi erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır... Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın Qərbə yaxınlaşma cəhdinin növbəti və həlledici mərhələsini də ifadə edir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ermənistanda “siyasi-ideoloji müharibə” yeni və daha amansız mərhələyə keçməyə başlayıb. Bu ölkədə son baş verənlər daxili siyasət məkanında yeni gərginliyin başlanğıcı hesab olunur. Hüquq-mühafizə orqanlarının yepiskop Mkrtıç Proşyan da daxil olmaqla, altı keşişi saxlaması təkcə hüquqi hadisə deyil. Yəni, bu, Ermənistan daxilində “hakimiyyət-kilsə qarşıdurmasının” yeni mərhələsidir. Rəsmi qurumlar hələlik ittihamların mahiyyətini açıqlamayıb. Ancaq bu hadisə artıq həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər arasında ciddi rezonans doğurub.

Onu da qeyd etmək lazımdır ki, Erməni Apostol Kilsəsi tarixən ermənilərin siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Erməni kilsəsi həm də Ermənistan cəmiyyətinin Rusiya ilə əlaqələrinin ən önəmli siyasi-ideoloji dayaqlarından biridir. Çar Rusiyası dövründən başlayaraq, erməni kilsəsi Rusiya ilə sıx siyasi koordinasiyada fəaliyyət göstərib. Keçmiş SSRİ dövründə bu əlaqə siyasi-ideoloji baxımdan, nisbətən zəifləsə də, postsovet mərhələsində yenidən canlanıb. Baş nazir Nikol Paşinyanın 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə gəlişindən sonra bu tarixi balans dəyişməyə başlayıb. Qərbyönümlü islahatlar kursuna keçid, Rusiya ilə münasibətlərdəki gərginlik və Ermənistanın Avropa institutlarına yaxınlaşma cəhdləri erməni kilsəsini Paşinyan hakimiyyətinin əsas düşmənləri sırasına yerləşdirib.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin tərəfdarları erməni keşişlərin həbslərini “dövlət təhlükəsizliyinə yönəlmiş qaçılmaz addımlar” kimi təqdim edirlər. Onlara görə, erməni kilsəsi daxilində illərdir ki, Rusiyanın təsir dairəsində fəaliyyət göstərən “siyasi-ideoloji və maliyyə agenturası” mövcuddur. Bu agentura şəbəkəsi Paşinyan hakimiyyətinə qarşı narazılıq ocaqları formalaşdırmaqla, həm ölkədaxili sabitliyi, həm də Ermənistanın Qərbə inteqrasiya siyasətini sabotaj edir. Bu iddialara qarşı erməni kilsəsinin tərəfdarları və müstəqil ekspertlər son hadisələri “siyasi repressiya” kimi dəyərləndirirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti erməni kilsəsini susdurmaqla, ölkədə alternativ siyasi-ideoloji dayaqları zəiflətmək və seçki prosesi üzərində tam nəzarəti təmin etmək istəyir.

Ermənistanın sabiq ombudsmanı Larisa Alaverdyanın fikrincə, “erməni kilsəsi xalqın sonuncu dayağıdır və bu dayağın sarsıdılması milli təhlükəsizliyə zərbədir”. Tarixçi Vardan Xaçatryan isə prosesləri “dini repressiyalar” adlandırır və onların davamının gələcəyini istisna etmir. Vardan Xaçatryanın iddiasına görə, bu repressiyalarda “Ankara və Bakının dolayı maraqları” mövcuddur, yəni, guya erməni kilsəsinin zəifləməsi regionda “Böyük Turan” ideyasına uyğun geopolitik  vəziyyət yarada bilər. Bu arqumentlər, təbii ki, daha çox ölkədaxili siyasi ritorikanın tərkib hissəsidir. Ancaq əsl reallıqda Ermənistanın Qərbə inteqrasiya xəttinə qarşı Rusiya tərəfindən dəstəklənən siyasi-ideoloji təzyiqlərin mövcud olması artıq qətiyyən gizli məsələ deyil.

Maraqlıdır ki, bütün bu hadisələr məhz Vaşinqtonda keçirilən və ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə olunan Azərbaycan-Ermənistan razılaşmalarından sonra baş verir. Prezident İlham Əliyevin “TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq” bəyanatı bu prosesin regional əhəmiyyətini qabarıq şəkildə göstərir. Ermənistanın bu layihəyə qoşulması Paşinyan hakimiyyəti üçün həm siyasi-diplomatik, həm də maliyyə-iqtisadi uğur kimi görünür. Ancaq Rusiya üçün bu, geostrateji və geopolitik məğlubiyyət deməkdir. Belə bir şəraitdə erməni kilsəsinin, yəni Rusiyaya bağlı siyasi-ideoloji mərkəzin zəiflədilməsi Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya planının tərkib hissəsi kimi də qəbul oluna bilər.

Ona görə də, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, ölkədaxili siyasi-ictimai gərginlik də artır. Müxalifət – yəni, “erməni trio”su (erməni kilsəsi, oliqarxiya, radikal-revanşist düşərgə) Paşinyan hakimiyyətinə qarşı ortaq fəaliyyət mexanizmləri yaratmağa çalışır. Bu düşərgənin əsas dayaqları hələ də Rusiyanın informasiya və maliyyə təsir zonasında fəaliyyət göstərir. Paşinyan hakimiyyəti isə Qərbin siyasi dəstəyinə və anti-olqarx kursuna güvənir. Erməni keşişlərin həbsi bu baxımdan, həm ölkədaxili, həm də xarici auditoriyaya yönəlmiş açıq mesajdır. Paşinyan hakimiyyəti Ermənistanın artıq Kremlin siyasi-ideoloji nəzarətini daha qəbul etmək istəmədiyini biruzə verir.

Göründüyü kimi, Ermənistanda hazırda baş verənlər sadəcə, hüquqi əməliyyat deyil, yəni əslində, “siyasi-ideoloji müharibə”nin yeni mərhələsidir. Paşinyan hakimiyyəti üçün bu, “köhnə sistemin dayaqlarını” sarsıtmaq, erməni kilsəsi üçün isə “ənənəvi siyasi-ideoloji xətti” qorumaq uğrunda həlledici mübarizədir. Geopolitik məkanda bu qarşıdurma Qərb və Rusiya arasında Ermənistan uğrunda “yumşaq güc” müharibəsinin bir istiqamətinə çevrilmiş kimi görünür.

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmalar fonunda, erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır. Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın “Rusiyanın orbitindən çıxmaq” cəhdinin növbəti mərhələsini də ifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri