Icma.az
close
up
RU
Opel sürənlərə bəd xəbər

Opel sürənlərə bəd xəbər

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən böyük avtomobil nəhənglərindən olan "Stellantis" üçün proqnozlar pisləşməkdə davam edir. Almaniyanın maliyyə nəhəngi "Deutsche Bank" şirkətin səhmləri ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirərək, qiymət hədəfini 8 avrodan 7 avroya endirib.
Demokrat.az xəbər verir ki, bu qərarın arxasında duran əsas səbəb şirkətin son maliyyə hesabatlarında ortaya çıxan gözlənilməz xərclərdir. "Stellantis" 2025-ci ilin ikinci yarısı üçün təxminən 22 milyar avro həcmində birdəfəlik xərc çıxaracağını açıqlayıb. Bu rəqəm bazarda soyuq duş effekti yaradıb. Şirkət rəhbərliyi etiraf edir ki, elektrikli avtomobillərə keçid sürətini düzgün hesablamayıblar və əvvəlki əməliyyat qərarlarında ciddi səhvlərə yol veriblər.
Vəziyyətin ciddiliyi investorların cibinə də təsir edib. Artıq şirkətin dividend ödənişlərini dayandırdığı məlumdur. Üstəlik, maliyyə boşluğunu doldurmaq üçün 5 milyar avroluq yeni istiqraz buraxılması planlaşdırılır. "Stellantis" hazırda itirilmiş mövqelərini bərpa etmək üçün Fransa kimi əsas bazarlarda qiymətləri kəskin aşağı salmaqla satış həcmini qorumağa çalışır.
Ekspertlər bildirir ki, ABŞ-dakı istehsal xərclərinin artması və strateji səhvlər şirkəti çətin sınaq qarşısında qoyub. "Morgan Stanley" kimi digər nüfuzlu qurumlar da artıq "Stellantis"ə olan inamın azaldığını, investisiya reytinqinin aşağı düşdüyünü vurğulayırlar. Görünən odur ki, avtomobil nəhəngi üçün 2026-cı il heç də asan keçməyəcək.
Qeyd edək ki, "Stellantis" qrupunun tərkibinə "Jeep", "Fiat", "Peugeot", "Opel", "Citroën", "Chrysler", "Dodge", "Ram", "Alfa Romeo", "Maserati", "Lancia", "DS", "Abarth" və "Vauxhall" kimi dünyaca məşhur 14 fərqli avtomobil markası daxildir.
İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see277

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see237

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see230

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see208

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see206

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see190

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see187

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see178

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see176

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see175

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see174

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see173

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see172

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see167

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see163

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see163

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see156

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see149

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri