Icma.az
close
up
RU
OpenAI Cerebras çipləri üzərində işləyən ilk modelini təqdim etdi

OpenAI Cerebras çipləri üzərində işləyən ilk modelini təqdim etdi

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın çip istehsalçısı "Nvidia" xaricində istehsalçılarla əməkdaşlığı artırmaq strategiyası çərçivəsində süni intellekt şirkəti "OpenAI" yarımkeçirici startap Cerebras-in çipləri üzərində işləyən ilk süni intellekt modelini tətbiq etdi.

Banco.az xəbər verir ki, GPT-5.3-Codex-Spark adlanan bu model, kod yazmağı avtomatlaşdıran mövcud Codex proqram təminatının daha aşağı performanslı, lakin daha sürətli versiyasıdır.

Cümə axşamı satışa çıxarılması gözlənilən Spark versiyası proqram tərtibatçılarına müəyyən kod ardıcıllıqlarını yenidən nəzərdən keçirmək, testlər aparmaq kimi tapşırıqları qısa müddətdə yerinə yetirməyə imkan verir.

İstifadəçilər uzun proseslərin bitməsini gözləmədən istənilən vaxt modeli dayandıra və ya fərqli kodlaşdırma tapşırığı təyin edə bilirlər.

Ötən ay "OpenAI" süni intellekt modellərindən daha sürətli cavablar almaq üçün "Cerebras" aparatlarından istifadə məqsədilə 10 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

Bu əməkdaşlıq uzun müddətdir bazarda dominant mövqeyə malik olan Nvidia-ya alternativ yaratmağa çalışan "Cerebras" üçün mühüm fürsət sayılır. "OpenAI" üçün isə bu addım artan hesablama tələblərini qarşılamaq məqsədilə təchizatçı şəbəkəsini genişləndirmə strategiyasının növbəti mərhələsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Fevral 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see275

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see274

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see274

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see269

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see247

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see247

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see241

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see238

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see237

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see236

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see226

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see225

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see222

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see218

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see213

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see198

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see193

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see190

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri