“OpenAI” şirkəti “Statsig” startapını satın alır və sövdələşməni öz səhmləri hesabına ödəyəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 sentyabr, AZƏRTAC
“ChatGPT” süni intellekt platformasının yaradıcısı olan “OpenAI” şirkəti proqram təminatının sınaqdan keçirilməsi üçün alətlərin yaradılması üzrə ixtisaslaşmış “Statsig” startapını satın alır.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, sövdələşmə tamamilə “OpenAI” səhmləri hesabına ödəniləcək. Şirkətin 300 milyard dollar dəyərində hazırkı qiymətləndirilməsinə əsasən, sövdələşmə təxminən 1,1 milyard dollar təşkil edəcək.
Bildirilir ki, “Statsig”in baş direktoru Vicay Raci “OpenAI” tətbiqləri üzrə texniki direktor təyin ediləcək və ChatGPT və “Codex”in mühəndislik tərtibatına rəhbərlik edəcək.
Sövdələşmə başa çatdıqdan sonra “Statsig” əməkdaşları “OpenAI” komandasına qoşulacaqlar. Eyni zamanda, startap müstəqil fəaliyyət göstərəcək, öz məhsullarını inkişaf etdirməyə və müştəri bazasına xidmət göstərməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















