Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik balet sənətinin ən gözəl nümunələrindən biri sayılan Pyotr Çaykovskinin “Qu gölü” baleti Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirildi.
Teatrdan AZƏRTAC-a bildirilib ki, baletsevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanan bu tamaşa bu dəfə də yüksək peşəkarlıq və zəngin bədii tərtibatla təqdim olunub.
Əsas partiyalarda teatrın aparıcı solistləri – Ayan Eyvazova (Odetta–Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Anar Mikayılov (Rotbart) çıxış etdilər. Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova, solistlər Liana Praga, Timur Oduşev, Kamran Qurbanov, İntiqam Məmmədov, Seymur Qədiyev, Səbinə Hacıdadaş, Leyla Narimanidze, Dinara Məmmədova, Edvard Arazov, İslam Məmmədov və digərləri iştirak ediblər.
Tamaşanın dirijoru, Əməkdar artisti, teatrın baş dirijoru Əyyub Quliyev olub.
Balet artistlərinin səhnə çıxışı tamaşaçılar tərəfindən böyük maraq və hərarətlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















