Orban Aİ ni Ukraynaya pul verməməyə çağırdı Kiyev sərt cavab verdi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Macarıstan Baş naziri Viktor Orban Ukraynada baş verən son korrupsiya qalmaqalını əsas gətirərək, Avropa İttifaqını Ukraynaya maliyyə yardımını dayandırmağa çağırıb.
“AzPolitika” xəbər verir ki, Orban sosial media paylaşımında Zelenski ilə əlaqəli "hərbi mafiya"dan bəhs edib və Brüsseli Ukraynaya pul xərcləməyi dayandırmağa çağırıb.
Orbanın bu paylaşımına Ukrayna XİN münasibət bildirib. Ukraynanın XİN sözçüsü Georgi Tixi Orbanın paylaşımını "korrupsiya haqqında mühazirələr" adlandırıb və onun zebra naxışlı kostyum geyinmiş (redaktə edilmiş) fotosunu paylaşıb: "Korrupsiya qalmaqallarında adı hallanan və ölkəsini AB-də ən kasıb ölkəyə çevirən siyasətçidən korrupsiya haqqında mühazirə? Xeyr, təşəkkür edirəm".
Fotoda Macarıstan Baş nazirinin zebra naxışlı kostyumda təsvir olunması təsadüfi deyil. Bu, Macarıstanda Orbanın villası ətrafında baş verən son korrupsiya qalmaqalına istinaddır. Jurnalistlərin aşkar etdiyi kimi, Orbanın şəxsi iqamətgahında ekzotik heyvanların, xüsusən də zebraların yaşadığı özəl zoopark var.
Qeyd edək ki, sentyabrın sonunda Macarıstanda nümayişçilər hökumət əleyhinə şüarlar yazılmış plakatlar və zebra formalı şarlar tutaraq Orbanın villasının qarşısında etiraz aksiyası keçiriblər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















