Icma.az
close
up
RU
Orban seçilməzsə nə olacaq? Macar jurnalist a danışdı

Orban seçilməzsə nə olacaq? Macar jurnalist a danışdı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanda keçirilən seçkilər hələ başa çatmadan ölkənin demokratik tarixində xüsusi yer tutmağı bacarıb. 
Bunu Modern.az-a açıqlamasında "Daily News Hungary" nəşrinin həmtəsisçisi və baş redaktoru
Alpar Kato bildirib.
Onun sözlərinə görə, artıq saat 17:00-a olan göstəricilərə əsasən seçici fəallığı 74 faizi keçib və bu, 2022-ci ilin nəticələrini xeyli geridə qoyur:
“Bu səviyyədə vətəndaş səfərbərliyi 1989-cu ildən bəri müşahidə olunmur. Xüsusilə şəhərlərdə və iri yaşayış məntəqələrində seçici aktivliyinin ciddi artması diqqət çəkir. Seçkiöncəsi sorğular cəmiyyətdə ciddi fikir ayrılığını göstərir. Müstəqil sorğu mərkəzləri Tisza Partiyasını öndə göstərdiyi halda, hökumətə yaxın qurumlar Fidesz-in üstün olduğunu bildirir. Hər iki tərəfin özünü qalib elan etməsi tərəddüd edən seçicilərə təsir etmək məqsədi daşıyır”.

Ekspertin fikrincə, tərəflərin seçki kampaniyaları da tam fərqli istiqamətlərdə aparılıb:
“Viktor Orban kampaniyasını əsasən xarici siyasət üzərində quraraq müharibə risklərini qabardıb, Ukrayna və Brüsseli tənqid edib. Péter Maqar isə diqqəti daxili problemlərə – səhiyyə sisteminin vəziyyəti, mənzil böhranı, iqtisadi geriləmə və korrupsiya məsələlərinə yönəldib. Bu da seçicilərə iki fərqli gələcək modeli təqdim edir.”
Alper Kato əlavə edib ki, seçkilərin nəticəsi ölkənin xarici siyasət kursuna birbaşa təsir edəcək:
“Əgər Orban hakimiyyətdə qalarsa, Moskva ilə münasibətlər davam edəcək, Avropa İttifaqı ilə gərginlik qalacaq. Orbanın qalib gəlməməsi isə kəskin dönüş demək olardı: Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması, bloklanmış Aİ vəsaitlərinin açılması və Polşa ilə münasibətlərin bərpası kimi addımlar atıla bilər”.
Siyasi şərhçi hesab edir ki, yüksək seçici fəallığı özü-özlüyündə siyasi mesajdır:
“Tarixən şəhərlərdə aktivliyin artması müxalifətin xeyrinə işləyir. Amma yekun nəticəni 106 birmandatlı dairə müəyyən edəcək. İlkin nəticələr bu axşam saat 20:00 radələrində açıqlanacaq, yekun nəticələr isə xaricdə verilən səslər sayıldıqdan sonra təsdiqlənəcək.Əgər fərq böyük olarsa, ilkin nəticələr ümumi mənzərəni göstərəcək. Amma başabaş mübarizə olarsa, hər bir səs həlledici olacaq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri