Icma.az
close
up
RU
Orban seçkiləri uduzsa belə hakimiyyətdə qala bilər NYT

Orban seçkiləri uduzsa belə hakimiyyətdə qala bilər NYT

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Macarıstanda bazar günü keçiriləcək parlament seçkilərinin nəticəsi ilə bağlı əksər sorğular baş nazir Viktor Orbanın məğlub olacağını göstərir. 

Qaynarinfo "The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu səsvermə heç də sadə deyil.

Avstriyalı alim Ralf Şellhammerin sözlərinə görə, ölkənin seçki sistemi "Rubik kubunu ixtira etmiş bir ölkədən gözləniləcəyi kimidir” – yəni olduqca mürəkkəbdir.

Sorğular əsas müxalif qüvvə olan Tisa Partiyasının Orbanın Fidesz Partiyasından daha çox səs toplayacağını göstərsə də, seçki sisteminin mürəkkəbliyi və illərlə aparılmış dairə sərhədlərinin dəyişdirilməsi nəticələrin fərqli ola biləcəyini göstərir.

Hətta sorğular qismən doğru olsa belə, hakim partiya parlamentdə çoxluq qazana və ya kiçik partiyalarla koalisiya qurmaq üçün kifayət qədər mandat əldə edə bilər. Fidesz tərəfdarları arasında sorğuların səhv olduğuna inananlar da çoxdur. ABŞ vitse-prezidenti Cey Di Vens Budapeştə səfəri zamanı "Viktor Orban, əlbəttə ki, qalib gələcək” deyib. Orban isə bunun "planın bir hissəsi” olduğunu bildirib.

Bu "plan” illərlə formalaşdırılıb. Orbanın 2010-cu ildə hakimiyyətə qayıdışından sonra Fidesz seçki sistemində dəfələrlə dəyişiklik edib. Parlamentdəki yerlərin sayı 386-dan 199-a endirilib və bu, seçki dairələrinin yenidən bölüşdürülməsinə səbəb olub. Dairə sərhədləri son olaraq 2024-cü ildə də dəyişdirilib.

Tənqidçilərin fikrincə, bu dəyişikliklər müxalifətin güclü olduğu əraziləri böyük dairələrdə birləşdirmək, hakimiyyətə yaxın bölgələri isə daha kiçik hissələrə bölmək məqsədi daşıyıb. Bu isə bəzi səslərin daha çox "çəkiyə” malik olmasına gətirib çıxarıb.

Nəticədə kənd yerlərində – Fideszin ənənəvi olaraq güclü olduğu bölgələrdə – qələbə qazanmaq üçün şəhərlərlə müqayisədə daha az səs tələb olunur. Məsələn, Budapeştin 16-cı dairəsində 83 mindən çox seçici olduğu halda, cənub-qərbdə yerləşən və Fideszi təmsil edən Tolna-02 dairəsində cəmi 56 min seçici var. Bu isə səsvermədən əvvəl belə hakim partiyaya üstünlük verir.

Macarıstan sisteminin başqa bir xüsusiyyəti uduzan namizədlərə verilən səslərin qaliblərin xeyrinə ötürülməsidir. Bu mexanizm dominant partiyanın nəticəsini gücləndirir. 2022-ci il seçkilərində Fidesz ümumi səslərin 37%-ni toplasa da, parlamentdə yerlərin 68%-ni əldə edib.

Seçicilər iki bülleten doldurur: biri yerli namizəd üçün (106 mandat), digəri isə partiya siyahıları üçün (103 mandat). Yerli seçkilərdən müəyyən səslər mürəkkəb "D’Ont matrisi” formulu ilə partiya siyahılarına əlavə olunur ki, bu da əvvəlki seçkilərdə "Fidesz”ə sərfəli olub. 5%-lik baryeri keçməyən partiyalar parlamentə daxil ola bilmir.

Səslərin sayı həlledici olaraq qalır və Fideszlə Tisa seçiciləri səfərbər etməyə çalışır. Keçmiş seçkilərin nəticələrini dəqiq proqnozlaşdıran "Median” təşkilatı son sorğusunda Tisanın hətta parlamentdə üçdə iki çoxluq qazana biləcəyini bildirib. Hakimiyyətə yaxın şərhçilər isə bu nəticələri tənqid ediblər.

"Median”ın rəhbəri Endre Hann ittihamları rədd edərək bildirib ki, Macarıstanda siyasi qütbləşmə o qədər dərinləşib ki, sosioloqlar da bu qarşıdurmanın bir hissəsinə çevrilib.

Bununla belə, ən böyük problem media mühitindədir. "Sərhədsiz reportyorlar” təşkilatının qiymətləndirməsinə görə, Fidesz və onun müttəfiqləri ölkə mediasının təxminən 80%-nə nəzarət edir. Bildirilir ki, dövlət mediası hökumətin və onun Rusiya ilə əlaqələrinin təbliğat alətinə çevrilib, müstəqil media isə zəiflədilib və ya susdurulub.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Aprel 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri