Icma.az
close
up
RU
Orban: Ukraynada hərbi əməliyyatlar 2025ci ildə bitəcək

Orban: Ukraynada hərbi əməliyyatlar 2025ci ildə bitəcək

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Ukrayna ilə Rusiya arasındakı silahlı münaqişə 2025-ci ildə başa çatacaq”.

Bizimyol.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində buna əmin olduğunu bildirib.

“Ukraynada müharibə 2025-ci ildə bitəcək. Bu, ya sülh müqaviləsi ilə, ya da döyüşən tərəflərdən birinin məhvi ilə başa çatacaq”, - deyə hökumət başçısı bildirib.

O xatırladıb ki, Amerika və Avropa Ukraynadakı müharibəyə təxminən 300 milyard avro xərcləyib. “Bu pulla bütün Avropada həyat səviyyəsinin sürətlə yüksəlməsinə nail olmaq olardı. Biz bütün Balkanları Avropanın inkişafı səviyyəsinə qaldıra bilərdik. Biz miqrasiyanın qarşısını ala, tamamilə yeni Avropa müdafiə sistemi qura bilərdik. Amma bu pullar boş yerə xərclənib”, - deyə baş nazir vurğulayıb.

Onun fikrincə, Ukraynada hərbi əməliyyatlar yalnız ölüm və dağıntı ilə nəticələnib. “İnfrastruktur, nəqliyyat və enerji sistemləri dağıdılan Ukraynadan milyonlarla insan qaçıb, həmçinin ölkə yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin edə bilmir”, - deyə Orban qeyd edib.

Bundan əvvəl Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukrayna münaqişəsi döyüş meydanında həll oluna bilməz, o, danışıqlar masası arxasında həll olunmalıdır. İndi baş nazir təsdiq edib ki, o, bu məqsədə çatmaq üçün ümidlərini Ukraynadakı vəziyyəti həll etməyə söz verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasiminə bağlayır. Orban hesab edir ki, respublikaçının Ağ Evə qayıtması ilə “dünya daha təhlükəsiz olacaq”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri