Icma.az
close
up
RU
Orban Ukraynanın Aİ yə üzvlüyü məsələsində ölkəsinin mövqeyinin dəyişməsini izah edib

Orban Ukraynanın Aİ yə üzvlüyü məsələsində ölkəsinin mövqeyinin dəyişməsini izah edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budapeşt, 22 aprel, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü “suverenliyin itirilməsinə” gətirib çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın hökumət başçısı yerli mediaya verdiyi müsahibədə danışıb.

Jurnalistlər tərəfindən verilən suallar arasında daxili və xarici siyasətlə bağlı aktual mövzular da yer alıb. Bu suallardan biri də Macarıstan hökumətinin 2022-ci ildə Ukraynanın Aİ-yə namizədliyini dəstəklədiyi halda nə üçün indi buna qarşı çıxması olub.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində, Rusiya-Ukrayna müharibəsinin ilk həftələrində Macarıstan hökuməti həqiqətən də Ukraynanın Aİ-yə üzv olması ilə bağlı müraciətini dəstəklədiyini bildirmişdi. O zaman yayılan rəsmi açıqlamada qeyd olunmuşdu ki, macar xalqı sülh istəyir və hərbi vəziyyətin diplomatik yolla həllinə yardım edəcək istənilən təşəbbüsə dəstək verir. 2022-ci il martın 1-də xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Macarıstan Ukraynanın İttifaqa sürətlə üzvlüyünü dəstəkləyən səkkiz Aİ ölkəsinə qoşulacaq.

Həmin vaxt hərbi əməliyyatlar artıq bir həftə davam edirdi və Kiyevə zərbələr endirilirdi. O zaman Macarıstan hökuməti Aİ perspektivlərini və üzvlük vədini sülh üçün bir vasitə kimi görür, bu prosesin gərginliyi azaldacağına və müharibənin dayandırılmasına töhfə verəcəyinə inanırdı.

“Macarıstan hökumətinin mövqeyi bu narrativə əsaslanır. Həmin vaxt hələ suveren Ukrayna mövcud idi və onun Aİ-yə yaxınlaşmaq şansı vardı. İndi isə artıq tam suverenliyə malik olmayan bir ölkənin üzvlüyündən söhbət gedir”, – deyə V. Orban bildirib.

Macarıstan hökumətinin indiki mövqeyi əvvəlkindən kəskin fərqlənir. Bu gün Viktor Orban hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü nəinki mümkün deyil, hətta Macarıstan üçün açıq şəkildə zərərlidir. Yeni arqumentlərə bunlar daxildir: Ukraynanın mövcud statusunu tam suveren hesab etmək olmaz; ölkənin nəzarət etdiyi sərhədlər və ərazinin həcmi aydın deyil, əhalisinin sayı belə müəyyən deyil; ölkənin özünü təminetmə qabiliyyəti zəifdir və o, xarici dəstək olmadan fəaliyyət göstərə bilmir.

Rəsmi Budapeştin mövqeyindəki dəyişiklik təkcə ritorik deyil, həm də siyasi xarakter daşıyır. Belə ki, Macarıstan hökuməti Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməli olub-olmadığı barədə referendum təyin edib. V. Orbanın sözlərinə görə, “yox” cavabı ölkənin milli maraqlarını əks etdirir, çünki Aİ-yə üzvlük Macarıstan üçün ağır maliyyə, iqtisadi və sosial yük olacaq.

Ukraynanın Aİ-yə üzvlüyü məsələsində Budapeştin mövqeyi regiondakı geosiyasi gərginliklə və Macarıstan hökumətinin xarici siyasət strategiyası ilə sıx bağlıdır. 2022-ci ildəki rəsmi dəstək bəyanatı sülhü möhkəmləndirməyə yönəlmişdi, lakin bu gün qərarların qəbulunda milli maraqların qorunması və Aİ-də mövqe uğrunda mübarizə əsas rol oynayır.

Macarıstan hökuməti iddia edir ki, hazırkı Ukrayna dövlətçiliyi ölkənin Aİ-yə inteqrasiyasına imkan vermir. Aİ isə əksinə, “özünü təmin edə bilməyən” bir ölkəni üzv qəbul etmək istəyir. V. Orbanın fikrincə, bu, İttifaqın üzv ölkələri üçün əlavə maliyyə və siyasi yük yaradır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusisi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri