Icma.az
close
up
RU
Aylıq gəlirlə bağlı açıqlama

Aylıq gəlirlə bağlı açıqlama

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair dəyişiklik müzakirə mərhələsindədir”. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

“Qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik olduğu halda ictimaiyyətə məlumat veriləcək”, – deyə Fonddan qeyd olunub.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3%, sığortaedənin vəsaitindən 22%, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15%-i qədər sosial sığorta haqqı tutulur.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb.

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3%-i qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq etdiyi halda qüvvəyə minə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri