Orban yenidən Aİ ni Rusiya əleyhinə sanksiyalarla bağlı şantaj edir
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Macarıstanın Baş naziri Viktor Orban yenidən, əgər Ukrayna həmin vaxta qədər Rusiya qazının tranzitini bərpa etməzsə, altı ay sonra Rusiya əleyhinə sanksiyalarla bağlı veto qoymaqla hədələyib.
Qaynarinfo xəbər verir ki, Orbanın bəyanatını Bloomberg yayıb.
Cümə günü Macarıstanın dövlət radiosuna verdiyi müsahibədə Orban bildirib ki, bu həftə Macarıstan AB-dən Ukrayna vasitəsilə qaz tranzitinin bərpası ilə bağlı zəmanət alıb.
"Əgər bu vəd pozularsa, biz yalnız sanksiyaların dayandırılmasını təklif etməyəcəyik, həm də onları dayandıracağıq", – deyə Orban bildirib.
Qeyd edək ki, 27 yanvar tarixində AB Macarıstanı "zorla razı salıb" və Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını təsdiqləyib, amma Budapeştə güzəştə gedilib.
Kaja Kallas bildirib ki, Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına dəstək verdiyi müqabilində "enerji təhlükəsizliyi" barədə verilən bəyanat simvolik xarakter daşıyır.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















