Icma.az
close
up
RU
“Orda atam anam yox, mən oxuyacağam” Valideynlər ixrisas seçiminə müdaxilə etməlidir?

“Orda atam anam yox, mən oxuyacağam” Valideynlər ixrisas seçiminə müdaxilə etməlidir?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Hazırda minlərlə abituriyent həyatının ən önəmli mərhələlərindən birini yaşayır - ixtisas və karyera seçimi. Qəbul imtahanları, universitet planları, gələcək hədəflər... Bütün bunlar nəinki abituriyentlərin, həm də valideynlərin düşüncəsində böyük yer tutur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu mərhələdə bəzi valideynlər övladlarının ali təhsil almasını arzulayır, onların universitet diplomu ilə daha sabit, daha perspektivli bir gələcək quracağına inanırlar. Digər qrup valideynlər isə “oxumaq nədi, getsin bir peşə öyrənsin, əli çörəyə çatsın” düşüncəsinə daha yaxındır. Onlar təhsili uzun və qeyri-müəyyən bir yol, peşə öyrənməyi isə qısa zamanda qazanc əldə etməyin effektiv üsulu kimi görürlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az gənclər arasında sorğu keçirib: “Valideynlərinizin ixtisas seçiminizə və təhsilə yanaşması necədir?” Cavablar fərqli ailə baxışlarını ortaya qoyur:

17 yaşlı Vaqif Rüstəmli deyir ki, anası onun oxumağımı çox istəyir:

“Həkim olmam üçün əlindən gələni edir. Atam isə deyir ki, vaxt itirmə, sənət öyrən, tez pula çatasan”.

“Valideynlərim təhsilimin tərəfdarıdır. Onlar həmişə deyirlər ki, oxuyub düzgün yol tapsam, istədiyim sənətə də çata bilərəm”,- buni isə 11-ci sinif şagirdi Aysel Məmmədova bildirib.

16 yaşlı Zəhra Mürvətova isə deyir ki, ailəsi ona qarışmır, lakin müəllim olmağını istədiklərini hiss edir. O qeyd edir ki, valideynləri qız üçün müəllimliyin daha sabit bir sahə olduğunu deyirlər.

Məsələnin psixoloji tərəfini Bakıvaxtı.az-a danışan həkim-psixoloq Zeynəb Eyyubova bildirib ki, təhsil yalnız diplom almaq və ya müəyyən bir peşəyə sahib olmaq üçün deyil:

"Eyni zamanda insanın dünyagörüşünün formalaşması, özünü tanıması, ətraf mühitlə sağlam münasibət qurması və cəmiyyətdə fəal və məsuliyyətli bir fərd kimi yetişməsi üçün vacibdir. Təhsilli insan təkcə məlumatlı deyil, həm də daha tolerant, düşüncəli və qərarvermədə daha məsuliyyətli olur".

Onun sözlərinə görə, valideynlərin övladları üçün “yaxşı peşə” seçmək istəyi başa düşüləndir:

"Onlar övladlarının rahat və təminatlı gələcəyi olmasını istəyirlər. Amma burada vacib bir məqam var: uşaq hansı sahəyə maraq göstərir? Onun bacarığı və potensialı hansı istiqamətə yönəlib? Psixoloji baxımdan övladı istəmədiyi, maraqlı olmadığı bir sahəyə yönləndirmək, onun motivasiyasını azaldır, özünə inamını zəiflədir və uzunmüddətli narazılığa səbəb ola bilər. Bu da həm təhsil prosesinə, həm də gələcək psixoloji rifahına mənfi təsir edir".

Zeynəb Eyyubova: Övladlara seçim haqqı verilməli, maraq və bacarıqları nəzərə alınmalıdır

Müsahibimiz qeyd edib ki, digər tərəfdən, “oxumaq nəyə lazımdır” düşüncəsi də olduqca dar çərçivəlidir:

“Bəli, peşə və sənət öyrənmək də dəyərlidir. Amma bu, təhsili inkar etmək demək deyil. Təhsilli insan istənilən sahədə - istər həkim, istər usta, istər sənətkar olsun - öz işini daha bilikli, daha şüurlu və məsuliyyətli şəkildə icra edir. Təhsil insanın şəxsiyyətinə dəyər qatır, onu yalnızca bir işçi deyil, eyni zamanda düşünən, inkişaf edən və inkişaf etdirən bir fərd edir".

Mütəxəsis vurğulayır ki, övladlara seçim haqqı verilməli, maraq və bacarıqları nəzərə alınmalı, həmçinin onlara təhsilin verdiyi dəyər doğru şəkildə izah edilməlidir. Valideynin vəzifəsi yönləndirməkdir, məcbur etmək deyil.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri