Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

“Orda mənə açıq aşkar dedilər ki, Pirverdiyevə gücümüz çatmır” İlham Murtuzayev yardım istəyir

“Orda mənə açıq aşkar dedilər ki, Pirverdiyevə gücümüz çatmır” İlham Murtuzayev yardım istəyir

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu gün Qusarı 2-ci liqada təmsil edən klublardan (“Şahdağ Qusar”, “Qusar”) heç biri doğma rayonda oynaya bilmir. Çox sadə bir səbəb var: Qusarda oyun keçirmək üçün stadion yoxdu. Halbuki Şövkət Orduxanovun adını daşıyan idman qurğusu bir vaxtlar ölkədə sayılır-seçilirdi.

2001-18-ci illər aralığında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti kimi çalışan Etibar Pirverdiyev Qusar futbolunu və konkret idman qurğusunu hansı vəziyyətə salıbsa, çıxış yolu görünmür. Qusar futbolunun ağsaqqallarından olan, indi də “Şahdağ”ın təsisçisi kimi qalan, bu klubun möhür-ştampını evində saxlayan İlham Murtuzayev növbəti dəfə redaksiyamıza təşrif buyurmuşdu.
- İlham müəllim, Bəybala Məmmədovu 2001-də klub prezidenti təyin etmisiz, 2002-nin fevralında da onunla vidlaşmısız. Amma klubun möhür-ştampını qaytarmayıb, əksinə, “Şahdağ-Samur”u yaradıb. İndi “Şahdağ-Samur” da yoxdu. Düzdü?
- Klub məhkəmə qərarı ilə ləğv olundu və möhür-ştampı mənə qaytardı.
- “Şahdağ”ı 2003-cü ildə Etibar Pirverdiyevə verdiz. Ümid edirdiz ki, klubu elitada saxlayacaq, iddialı edəcək. Sizlə Etibar Pirverdiyev arasında vasitəçi kim oldu? İşbirliyi necə alındı?
- Klubun maliyyə problemləri var idi. Əvvəl dostlarım var idi, kömək edirdilər, amma Bəybala Məmmədovla bağlı məsələdən sonra onlar da çəkildi. Sonra Etibar Pirverdiyevin qaynı məni axtarıb tapdı, mənə dedi ki, kişi səni görmək istəyir. Oturduq maşına, gəldik Bakıya. Girdim Pirverdiyevin kabinetinə. Mənə dedi ki, “ komandanı necə lazımdı saxlayacam, hər şey yaxşı olacaq”. Bir daha Pirverdiyevi görmədim.
- İlk və sonuncu dəfə 2003-də gördüz, eləmi?
- Bəli.
- O vaxt normal vəziyyətdə olan Şövkət Orduxanov adına stadion Həmkarlar İttifaqının balansında idi?
- Bilmirəm.
- Bəs stadiondan necə istifadə edirdiz, pul ödəmirdiz? Kommunal xidmətləri, qazona qulluq xərclərini kim ödəyirdi?
- “Məhsul” cəmiyyəti ödəyirdi hamısını.
- Şikayət məktublarınızdan anladığım qədəri ilə Etibar Pirverdiyevin klubu götürməkdə məqsədi o olub ki, stadionu da ələ keçirsin. Onun sizə belə niyyətlə yanaşdığına nə vaxt əmin olduz?
- Stadionu sökməyə başlayanda.
- Pirverdiyevin niyyətini anlayandan sonra stadionu “Şahdağ”ın balansına keçirmək istədiz.
- Elədi, onlar paltardəyişmə otağını sökəndən sonra getdim İcra Hakimiyyətinə. Orda mənə açıq-aşkar dedilər ki, Pirverdiyevə gücümüz çatmır, sən olmasaydın, çoxdan orda evlər tikmişdi.
- Bəs Pirverdiyev stadionun sökülməsi üçün icazəni kimdən almışdı?
- Nə icazə, ona icazə lazımdı?
- Bildiyimə görə, stadionun yeri hazırda boş ərazidi. 2018-də vəzifədən uzaqlaşdırılan, gözdən düşən Pirverdiyev də, yəqin ki, ev tikmək fikrindən daşınıb.
- Xeyr, əl çəkmir.
- Nə vaxtdan bu stadionda heç bir iş görülmür?
- Üç ildi heç bir iş görülmür.
- Məhkəməyə müraciət etmisiz? Nə cavab veriblər bu məsələ ilə bağlı?
- Onlar da məni yola verdi.
- Bəs indi nə istəyirsiz?
- Mən həmişə istəmişəm ki, “Şahdağ” Azərbaycan çempionatlarında iştirak etsin, yaxşı yerlər tutsun. İndi, sadəcə, istəyim odu ki, stadion tikilsin, Pirverdiyev Qusarda istədiyini edə bilməsin.
- Qusarın İcra Hakimiyyəti bu yöndə sizə hansısa yardım göstərib?
- Təəssüf ki, yox.
İlham Murtuzayev Qusarın icra qurumları ilə yanaşı, AFFA-dan da bu məsələdə yardım gözləyir.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri