Ordubad rayonu üzrə Sabirkənd Ailə Sağlamlıq Mərkəzində yeni geolokasiya istifadəyə verilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 7 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin Ordubad rayonu üzrə Sabirkənd Ailə Sağlamlıq Mərkəzində yeni geolokasiya istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yeni istifadəyə verilən geolokasiyanın regionda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını vurğulayıb. O, həmçinin bu yeniliyin kənd sakinlərinin tibbi yardıma daha operativ və əlçatan şəkildə çatmasına imkan yaradacağını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bu yeniliyin bölgə əhalisinin tibbi xidmətlərə əlçatanlığını təmin edəcəyini bildirib. Nazir, eyni zamanda, səhiyyə sektorunda həyata keçirilən islahatların bölgələrdə müsbət nəticələr verdiyini və bu cür layihələrin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, yaradılan yeni geolokasiya Sabirkəndlə yanaşı, Aza, Azadkənd, Qoşadizə, Gilançay, Biləv, Behrud, Parağa və Dəstə kəndlərindən olan vətəndaşlara da xidmət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















