Ordubad SES illik 190 mln. kilovat saat elektrik enerjisi istehsal edəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Bu sözləri APA-ya açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 mln. kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30%-ni ödəməyə imkan verəcək: "Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60%-i tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".
"Qeyd edək ki, SES-in su anbarının ümumi tutumu 1,5 mln. kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq". - deyə Energetika Xidmətinin rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Aprel 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















