Ordubadda tarix memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, “Sərşəhər Məscidi”, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək. Nazirlik sözügedən işlərin icrasını "Storm Building” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib.
Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb. Məscid Nazirlər Kabinetinin 2001-ci 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















