“Ordu”nun baş məşqçisi: “Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq” İdman və Biz
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Bu oyun bizim üçün çox önəmli idi. Çünki 3-cü turda “Gəncə”yə məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi korlanmışdı”.
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis ABL-nın IV turunda “Lənkəran”la 92:55 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Bu matça dönüş nöqtəsi kimi baxırdıq. Görüşə çox yaxşı başladıq. İlk periodda yaxşı üstünlük qazandıq. Oyunçular topla yaxşı davranır, çox qaçır, hərəkət edirdilər. Ancaq ikinci periodda bir qədər arxayınlaşdılar. Sonrakı hissələrdə isə üstünlüyü tərəfimizdə saxladıq və layiqli qələbə qazandıq. Sonrakı görüşlərdə bu tempdə davam etsək, istədiyimiz nəticələri əldə edəcəyik”.
Qeyd edək ki, bu qələbədən sonra “Ordu” B qrupunda 7 xalla liderdir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 29 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















