Ordunun maddi texniki bazasının gücləndirilməsi aparılan islahatların əsas tərkib hissəsidir DEPUTAT DANIŞDI
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Son beş il ərzində Azərbaycan Respublikasında həyata keçirilən ordu quruculuğu islahatları, korrupsiyaya qarşı sistemli mübarizə tədbirləri və peşəkar hərbi kadrların irəli çəkilməsi ölkənin hərbi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsinə səbəb olub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, bu proseslər çərçivəsində silahlı qüvvələrin idarəetmə mexanizmləri təkmilləşdirilmiş, institusional dayanıqlıq artırılmış və xidmətin peşəkar əsaslar üzərində təşkili təmin edilib:
"Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnologiyalarla təchiz olunması, eləcə də beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi aparılan islahatların əsas istiqamətlərindən biri olub. Xüsusilə qabaqcıl texnologiyaların tətbiqi, müasir döyüş sistemlərinin mənimsənilməsi və hərbi təlimlərin intensivləşdirilməsi Silahlı Qüvvələrin operativ və taktiki imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı bu islahatların real və praktik nəticələri açıq şəkildə müşahidə edilib. Döyüş qabiliyyəti, əməliyyatların koordinasiyası və strateji planlaşdırma baxımından Azərbaycan Ordusu üstün mövqe nümayiş etdirib, müasir müharibə konsepsiyalarına uyğun fəaliyyət göstərdiyini sübut edib. Bu uğur təsadüfi xarakter daşımamış, uzunmüddətli, planlı və məqsədyönlü hərbi-institusional islahatların məntiqi nəticəsi olub.
Dövlət başçısının ordu quruculuğu məsələlərinə xüsusi diqqət ayırması, eyni zamanda milli təhlükəsizlik baxımından həssas hesab edilən məlumatların açıqlanmamasına dair mövqeyi təhlükəsizlik siyasətinin əsas prinsiplərinə uyğun hesab edilə bilər. Ümumilikdə aparılan islahatlar Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynayan strateji dayaqlardan birinə çevrilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















