Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

“İdmanın inkişafı Azərbaycanda ardıcıl və strateji dövlət siyasətinin əsas tərkib hissəsidir” Deputat

“İdmanın inkişafı Azərbaycanda ardıcıl və strateji dövlət siyasətinin əsas tərkib hissəsidir” Deputat

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Vasif Qafarov Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə səsləndirdiyi fikirləri şərh edərək bildirib ki, bu çıxış ölkəmizdə idmanın inkişafının ardıcıl, məqsədyönlü və strateji dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal tarixi rekord olmaqla yanaşı, idmana göstərilən dövlət qayğısının, yaradılan geniş imkanların və formalaşdırılan sağlam idman mühitinin real nəticəsidir.

Onun sözlərinə görə, medalların sayında müşahidə olunan davamlı artım Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasətinin bariz göstəricisidir.

Vasif Qafarov vurğulayıb ki, son illər ölkədə idman infrastrukturu faktiki olaraq yenidən qurulub, regionlarda Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatdırılıb:

“Gəncə və Yevlax şəhərlərində yeni komplekslərin istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına və gənclərin idmana cəlb olunmasına mühüm töhfədir. Bu, idmanın yalnız paytaxtla məhdudlaşmadığını, bütün ölkə üzrə əlçatan olduğunu açıq şəkildə nümayiş etdirir”.

Millət vəkili bildirib ki, İlham Əliyevin xüsusi vurğuladığı əsas məsələlərdən biri sağlam gənc nəslin yetişdirilməsidir. Gənclərin fiziki sağlamlığı ilə yanaşı, mənəvi dəyərlər, vətənpərvərlik ruhu və milli məsuliyyət hissinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan idman gənclərin həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynayır.

Vasif Qafarov idmançılarımızın beynəlxalq yarışlarda Dövlət Bayrağımızı yüksəltməsinin xalqımızda böyük qürur hissi yaratdığını qeyd edib.

O, xüsusilə son illərdə əldə olunan tarixi Qələbənin idmançılarımızın üzərinə əlavə məsuliyyət qoyduğunu və onların artıq qalib xalqın nümayəndələri kimi dünya arenalarında çıxış etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, bu il ölkəmizdə keçirilən III MDB Oyunları, UFC beynəlxalq turniri, Formula 1 yarışı və digər mötəbər idman tədbirləri Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, təhlükəsizliyini və müasir infrastrukturunu dünyaya nümayiş etdirib. Xankəndi də daxil olmaqla bölgələrdə keçirilən yarışlar regional inkişaf siyasətinin uğurunun göstəricisidir:

“Qusarda Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kubokunun Azərbaycanın qış idmanları sahəsində beynəlxalq mövqelərini möhkəmləndirib, eyni zamanda regionlarda turizmin, məşğulluğun və iqtisadi fəallığın artmasına xidmət edib”.

Vasif Qafarov Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib və bunun gələcəkdə daha mötəbər idman tədbirlərinin keçirilməsi üçün geniş imkanlar açdığını qeyd edib.

“İdmançıların və idman mütəxəssislərinin dövlət tərəfindən mütəmadi mükafatlandırılması ədalətli və stimullaşdırıcı bir ənənədir və Azərbaycanın idman şöhrətini ucaldan hər bir şəxs dövlətin diqqət və qayğısını daim hiss edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan idman strategiyası Azərbaycanı təkcə idman uğurları ilə deyil, eyni zamanda sağlam, güclü və vətənpərvər cəmiyyət modeli ilə gələcəyə aparır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək”,- deyə deputat yekunlaşdırıb.

Afət ZİYADQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 27 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri