“Orhus” “Sabah”dan çəkinir? baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacağı “Orhus” rəqibi haqda məqalə yayıb.
“Football-plus.az” klubun rəsmi saytına istinadla xəbər verir ki, Danimarka çempionu “bayquşlar”ı azarkeşlərinə bu cür tanıdıb:
“Növbəti rəqib Azərbaycan çempionudu. Söhbət UEFA-nın əhatə etdiyi coğrafiyanın ən uc nöqtələrindən birində yerləşən ölkədən gedir. Tarixmizdə ilk dəfə bizdən bu qədər uzaqda olan komanda ilə qarşılaşacağıq. Çünki Abşeron yarımadası Danimarkadan 3300 km uzaqdadı. Orda hələ ölkədaxili yarışlar başlamayıb. Bu səbəbdən “Sabah”ın bütün diqqəti Çempionlar Liqasındadı. Komanda yeni mövsümdə ardıcıl 4 qələbə qazanıb. “Sabah” ötən “futbol ili”ni də uğurla başa vurub. Ölkədəki ən güclü rəqibini – dominantlığı ilə tanınan “Qarabağ”ı həm premyer-liqada, həm də ölkə kubokunda qabaqlayan kollektiv “qızıl dubl”a imza atıb. Ancaq “Sabah” hələ çox gəncdi. 2017-ci ildə yaradılıb və sürətlə inkişaf edib. Komandanın həm də Avropa və Konfrans Liqalarında təcrübəsi var. Rəqibin heyətində bir çox fərqli ölkədən – Serbya, Fransa, Xorvatiya, Yamayka, Əlcəzair, Cənubi Afrikadan oyunçular var. Coy-Lens Mikels 143 oyunda 74 qol vurub! Timoteuş Puxaç və Kahim Parris də çox təhlükəlidi. Baş məşqçi Valdas Dambrauskas isə daim yaxşı müdafiə olunan, tutarlı hücumlar quran komandalar yaradır. “Sabah” topla oynamağı çox sevir”.
KƏNAN BAHADIR
Baxış sayı:138
Bu xəbər 05 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















