Icma.az
close
up
RU
Orionun sirri: Kosmik ulduz inkubatoru

Orionun sirri: Kosmik ulduz inkubatoru

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NASA “Habbl” kosmik teleskopu vasitəsilə çəkilmiş heyranedici görüntülər silsiləsini təqdim edib. Fotolarda Orionun Molekulyar Buludundakı gənc protoulduzların formalaşdırdığı qaz və tozdan ibarət qeyri-adi “mənzərə” əks olunub.

Orion Buludu kimi də tanınan bu nəhəng ulduzəmələgəlmə bölgəsi Yerdən təxminən 1300 işıq ili məsafədə yerləşir və yüzlərlə işıq ili boyunca uzanır. Bura planetimizə ən yaxın və ən aktiv yeni ulduz “inkubatorlarından” biri hesab olunur. Onun sıx qaz-toz daxilində elə ulduzlar doğulur ki, onların güclü radiasiyası, maddə şırnaqları və ulduz küləkləri ətraf mühiti, sözün əsl mənasında, yenidən formalaşdırır; boşluqlar yaradır, qövslər qurur və mürəkkəb, sanki heykəltəraş əlindən çıxmış strukturlar yaradır.

“Habbl”ın birinci görüntüsündə sıx qaz və toz buludlarına qərq olmuş gənc ulduzların kompakt qrupu görünür. Kadrın demək olar ki, mərkəzində, qatı pərdə arxasında HOPS 181 protoulduzu gizlənib. Sol yuxarı küncdə isə uzanmış əyri qövs diqqət çəkir - bu, ehtimal ki, protoulduzun maqnit qütblərindən püskürən yüksək sürətli hissəciklərlə bağlı olan güclü maddə atılmasının izidir.

İkinci fotoda kadrın sağ aşağı hissəsində yerləşən parlaq CVSO 188 ulduzu dərhal diqqəti cəlb edir. Lakin astronomlar üçün əsas maraq obyekti mərkəzdən bir qədər solda gizlənmiş HOPS 310 protoulduzudur. Məhz o, öz şırnaqları və ulduz küləkləri ilə ətrafdakı buludda divarları parlaq işıqlandırılmış geniş bir boşluq “oyub”. Sağ yuxarı küncdə isə diaqonal üzrə gənc ulduzun maqnit qütbləri tərəfindən nəhəng sürətlərə qədər sürətləndirilmiş hissəciklər axını - bütöv bir emissiya zolağı uzanır. Elə oradaca uzaq fon qalaktikalarını da seçmək mümkündür.

Üçüncü təsvir daha bir protoulduzu və onun qaz-toz buludunda yaratdığı irimiqyaslı boşluğu nümayiş etdirir. Bu, gənc ulduzların enerjili küləklərinin ətraf mühiti necə formalaşdırdığının əyani sübutudur. Kadrın sağ yuxarı küncündə fon ulduzları görünür.

Tədqiqatçılar “Habbl” teleskopundan istifadə edərək protoulduzların təkamül etdikcə ətraflarını necə dəyişdiyini anlamağa çalışıblar. Gözlənilmədən məlum olub ki, yaranan boşluqların ölçüləri zaman keçdikcə güman edildiyi kimi böyümür. Bundan əlavə, alimlər belə qənaətə gəliblər ki, protoulduzlar üzərinə maddə akkreasiyasının (toplanmasının) sürətinin azalması və soyuq molekulyar buludlarda ulduzəmələgəlmənin ümumi səmərəliliyinin aşağı olması, sadəcə, qaz-toz “baramalarının” təmizlənməsi ilə izah edilə bilməz. Bu nəticələr kosmosun dərinliklərində ulduzların doğulmasını idarə edən daha mürəkkəb və incə mexanizmlərin mövcudluğuna işarə edir.

Hazırladı:

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri