Icma.az
close
up
RU
Orta aylıq əməkhaqqının əcaib hesablanma üsulu: Rəqəmlər özündə vergini əks etdirmir, reallıqdan uzaqdır

Orta aylıq əməkhaqqının əcaib hesablanma üsulu: Rəqəmlər özündə vergini əks etdirmir, reallıqdan uzaqdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İl təzə başlayıb. Hələ də keçən ilin yekunlarını aparmaq olar. Rəsmi qurumlar da belə davranır. Müxtəlif statistikalar açıqlanır, təhlillər təqdim olunur. Hesabatlarda, əsasən, yüksək fikirlər əksini tapır. Guya iqtisadiyyat yalnız irəli addımlayıb, əhalinin də nominal gəlirləri artıb. İlin sonuna yaxın orta aylıq əməkhaqqının da yenidən 1000 manatı keçdiyi açıqlanmışdı. Lakin bütün deyilənlər və yazılanlar reallıqdan uzaq düşüb.

Bizimyol.info xəbər verir ki, Bakıda Dünya Bankının “Dünya İnkişaf Hesabatı 2024” təqdimatında Azərbaycanın orta gəlirli 54 ölkə arasında yer almasından danışılıb. Burada qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının son 15 ildə 19 faiz artdığı bildirilib. Digər yandan Dövlət Statistika Komitəsi də qeyd edir ki, Azərbaycan əhalisinin 2024-cü ildə nominal gəlirləri 6 faizdən çox artıb. İqtisadiyyat Nazirliyi də vəziyyətin yaxşı olduğunu deyir. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul artıbmış.

Ekspertlər bildirir ki, Azərbaycanın orta gəlirli ölkələr sırasına aid edilməsi mübahisəlidir. Çünki bizim ölkədə adambaşına düşən ümumi daxili məhsul 7 min dollar civarındadır. Həmin ölkələrin əksəriyyətində isə bu göstərici 10 min dolları aşır.

Ümumiyyətlə, bütün bəzəkli iqtisadi göstəricilər əhaliyə xidmət etməlidir. Əhali bu “artım”ları həyatında hiss etmir. Hər şeydən əvvəl məvaciblər aşağıdır. Orta aylıq əməkhaqqının hesablanması xeyli mübahisəli görünür. Əvvəlcə hər sektor üzrə orta maaş çıxarılır, sonra isə sektorların sayına bölünür. Bu heç bir halda gerçək mənzərəni əks etdirə bilməz. Üstəlik, orta aylıq əməkhaqqının məbləği açıqlananda vergi nəzərə alınmır. Yəni əhalinin real gəlirləri çox aşağıdır.

Böyük neft pulları dönəmində əhali haqqında çox düşünülməyib. İndi camaata rəqəm “yedizdirməyə” çalışırıq. Biz tərifləməklə iqtisadi vəziyyət yaxşılaşmır. Gerçəkliyi dilə gətirib durumdan çıxış yolları axtarmaq lazımdır. Bəsit cümlə ilə yazsaq, ölkədə ailələrin əksəri pis dolanır. İqtisadiyyat irəli gedirsə, onda missiyasını da düz yerinə yetirsin.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri