Icma.az
close
up
RU
Orta Dəhliz və Zəngəzur layihələri Avrasiya əməkdaşlığında yeni mərhələ TƏHLİL

Orta Dəhliz və Zəngəzur layihələri Avrasiya əməkdaşlığında yeni mərhələ TƏHLİL

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Millət vəkili: "Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır"


2025-ci il oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, xüsusilə nəqliyyat-logistika, energetika və iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirdi. Prezident İlham Əliyevin bu toplantıda səsləndirdiyi fikirlər təkcə ikitərəfli münasibətlərin dərinliyini deyil, həm də Avrasiya məkanında formalaşmaqda olan yeni nəqliyyat-siyasi reallıqları əks etdirir. Xüsusilə Orta Dəhliz və Zəngəzur layihələri bu əməkdaşlığın qlobal əhəmiyyət daşıyan əsas sütunlarına çevrilib. Prezident İlham Əliyev Astanadakı çıxışında qeyd etdi ki, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu ifadə Orta Dəhlizin və Zəngəzur dəhlizinin əhəmiyyətini bütün mahiyyəti ilə açır. Azərbaycanın geostrateji mövqeyi və Qazaxıstanın logistika potensialı bu layihələri qitələrarası nəqliyyat və ticarət sisteminin əsas həlqəsinə çevirir. 


Millət vəkili Şahin Seyidzadə "Sherg.az"a bildirib ki, Orta Dəhliz hazırda Asiyadan Avropaya gedən ən səmərəli və təhlükəsiz logistika xətlərindən biri kimi formalaşıb. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, son illər bu dəhliz üzrə həyata keçirilən layihələr Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi maraqlarını birləşdirir, regional inteqrasiyanı möhkəmləndirir:

 "Azərbaycanın “birgə nəqliyyat və tranzit mərkəzinə” çevrilməsi bu strategiyanın əsas hissəsidir. Dövlət başçısı qeyd etdi ki, “Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır.” Orta Dəhlizin dərinləşməsi nəticəsində Azərbaycan və Qazaxıstan yalnız ticarət əlaqələrini genişləndirmir, həm də qlobal iqtisadi təhlükəsizlik sisteminə töhfə verən aparıcı ölkələr rolunu möhkəmləndirirlər. Azərbaycan və Qazaxıstanın bu istiqamətdə atdığı mühüm addımlardan biri Bakı–Aktau–Kurık marşrutu üzrə yüklərin daşınması üçün logistik mexanizmlərin təkmilləşdirilməsidir. İki ölkə liman infrastrukturlarını sinxron şəkildə modernləşdirir, gömrük və tranzit əməliyyatlarında rəqəmsallaşmanı gücləndirir. Nəticədə, Asiya ilə Avropa arasındakı nəqliyyat axınının mühüm hissəsi artıq bu iki ölkənin ərazisindən keçir. Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan və Qazaxıstanın birgə fəaliyyəti sayəsində regionda yeni nəqliyyat reallığı formalaşır: “Bu gün Avrasiyanın mərkəzində yerləşən ölkələrimiz bir çox hallarda vahid coğrafi məkan kimi çıxış edirlər.” Bu, iqtisadi mənzərədən əlavə, geosiyasi baxımdan da yeni tarazlıq yaradır. Orta Dəhliz, əslində, müstəqil, təhlükəsiz və etibarlı nəqliyyat alternativi kimi Avrasiyada sabitliyin təminatına çevrilir. Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizi barədə xüsusi vurğu etdi ki, “Hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”. 


Parlament üzvü vurğulayıb ki, bu bəyanat göstərir ki, Azərbaycanın infrastruktur baxımından üzərinə düşən öhdəliklər artıq icra olunmaq üzrədir və 2028-ci ilin sonuna qədər dəhlizin tam istifadəyə verilməsi gözlənilir: 

"Zəngəzur dəhlizi təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Mərkəzi Asiya və Avropa üçün strateji əhəmiyyət daşıyan marşrutdur. Bu xətt Orta Dəhlizin yeni qolu kimi Asiyadan Avropaya yük axınının təhlükəsiz, qısa və iqtisadi cəhətdən sərfəli ötürülməsini təmin edəcək. İlham Əliyevin sözlərinə görə, Zəngəzurdan ən yüksək müasir standartlarla ildə 15 milyon ton yük dövriyyəsi nəzərdə tutulur. Dövlət başçısının çıxışında vurğulanan TRIPP layihəsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustda Vaşinqtonda keçirilən Sammitdə qəbul edilən bu təşəbbüs Orta Dəhlizin daha bir marşrutunu – Zəngəzur istiqamətini açır. Prezident İlham Əliyev qeyd etdi ki, “Bu layihə Orta Dəhlizin yeni qolunu yaradır və onun həyata keçməsi Avrasiya üzrə yük dövriyyəsinin artmasına gətirib çıxaracaq.” Azərbaycan və Qazaxıstanın nəqliyyat sahəsində əməkdaşlığı artıq sadəcə regional deyil, strateji xarakter daşıyır. Hər iki ölkə Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, liman və logistika mərkəzlərinin inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərir. Bu çərçivədə 2025-ci ilin birinci yarısında “Birgə Logistika Platforması”nın istifadəyə verilməsi planlaşdırılır. Astanada keçirilən görüşdə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini əsas prioritet kimi müəyyən etdilər. İlham Əliyev vurğuladı ki, Hökumətlərarası Komissiyanın iclası və Ali Dövlətlərarası Şuranın qərarları konkret nəticələrə yönəlib, nəzərdə tutulan layihələr plan üzrə həyata keçirilir. Bu, iki ölkənin rəhbərləri tərəfindən nəqliyyat və iqtisadi əməkdaşlığa strateji nəzarətin təmin edildiyini göstərir". 


Ş.Seyidzadə qeyd edib ki, Azərbaycan və Qazaxıstanın nəqliyyat-logistika sahəsində birgə təşəbbüsləri təkcə iqtisadi mənfəət gətirmir, həm də regional təhlükəsizliyə və sabitliyə xidmət edir:

 "Avrasiyanın mərkəzində sabit və qarşılıqlı faydalı əməkdaşlıq mexanizminin qurulması beynəlxalq bazarlarda yeni sinerji yaradır. Nəqliyyat dəhlizləri ilə enerji layihələrinin bir-birini tamamlaması Azərbaycanın və Qazaxıstanın strateji baxışlarının üst-üstə düşdüyünü sübut edir. 2024-cü ildə Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi üzrə üçtərəfli saziş bu istiqamətdə mühüm mərhələ olub. Prezident İlham Əliyev bəyan etdi ki, bu layihə bərpaolunan enerji mənbələrinin inteqrasiyasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bundan əlavə, iki ölkənin enerji sistemləri ilə nəqliyyat şəbəkələrinin sinxronlaşdırılması regionda “yaşıl enerji dəhlizi”nin formalaşmasına imkan yaradır. Bu isə Avropa bazarlarına ekoloji cəhətdən təmiz enerji nəqli üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Birgə İnvestisiya Fondu xüsusi qeyd olundu. Bu fond nəqliyyat, sənaye və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyi mexanizmi rolunu oynayır. Dövlət başçısı vurğuladı ki, artıq həyata keçirilmə mərhələsində bir neçə layihə mövcuddur və bu, iki ölkə arasında iqtisadi tərəfdaşlığın davamlılığını təmin edir. Əmtəə dövriyyəsinin artması, qarşılıqlı investisiyaların həcminin böyüməsi, biznes forumlarının keçirilməsi Orta Dəhliz boyunca iqtisadi aktivliyin güclənməsinə təkan verir. Azərbaycan və Qazaxıstan ticarət əlaqələrinin həcmini yaxın illərdə bir neçə dəfə artırmağı hədəfləyir. Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik aspektləri baxımından regionun gələcəyinə birbaşa təsir göstərir. Bu layihələr Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən yeni əməkdaşlıq xəritəsini formalaşdırır. Azərbaycan və Qazaxıstan bu prosesdə aparıcı rol oynayır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir və ortaq mövqedən çıxış edir.” Bu fakt həm də Avrasiya məkanında formalaşan yeni çoxqütblü sistemdə Azərbaycan və Qazaxıstanın bir-birinə dayaq olan strateji tərəfdaşlar olduğunu sübut edir. Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq müstəvisində deyil, qlobal strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Orta Dəhliz və Zəngəzur layihələri bu əməkdaşlığın konkret nəticələrini, qarşılıqlı etimadın iqtisadi və siyasi təzahürünü nümayiş etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir və biz bu layihəni gələcəyə inamla daşıyırıq.” Bu inam, əslində, həm Azərbaycan və Qazaxıstan xalqlarının birliyinə, həm də Avrasiyanın birləşməsinə xidmət edən strateji vizyonun ifadəsidir. Beləliklə, Orta Dəhliz və Zəngəzur dəhlizi XXI əsrin geoiqtisadi reallıqlarını müəyyən edən əsas istiqamətlərdən biri kimi Azərbaycan və Qazaxıstan əməkdaşlığının simvoluna çevrilib. Bu əməkdaşlıq Avrasiyanın sabitliyi, təhlükəsizliyi və rifahı üçün etibarlı təməl yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see123

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see121

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri