“Orta Dəhliz”i gücləndirən strateji layihələr ətrafında fikir mübadiləsi aparılıb
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
EkoAvrasiya Fondunun Idarə Heyətinin sədri Hikmet Eren Gürcüstanın Türkiyədəkisəfiri cənab Arçil Kalandiya ilə görüşüb.
Newscenter.az xəbər verir ki, diplomatik nümayəndəlikdə baş tutan görüşdə Kalandia ilə müzakirədə bugünkü şəraitdə Türkiyə və Gürcüstan arasında dərin dostluğa əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atıla biləcək addımlardan danışılıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, 3 milyard dollarlıq ticarət həcminin 5 milyard dollar hədəfinə çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu kimi “Orta Dəhliz”i gücləndirən strateji layihələr və regional sabitliyi möhkəmləndirən təşəbbüslərlə bağlı hərtərəfli müzakirə aparılıb.
Bundan başqa, görüşdə Gürcüstanın regionda ticarət, logistika və nəqliyyat mərkəzi olmaq vizyonunu və bu sahədə liman, dəmir yolu və magistral infrastrukturunun müasirləşdirilməsi səyləri qiymətləndirilib. Bu kontekstdə Ankara-Tbilisi istiqamətində birbaşa uçuşların bərpa edilməsinin mədəni, ticari və turizm əlaqələrinə gətirəcəyi faydalara toxunulub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Orta Dəhliz rəqəmsallaşdırılır
24 Avqust 2025 10:48
Hörmüzü “Orta Dəhliz” əvəzləyəcək I Türkiyəli nazir planları açıqlayıb
23 İyun 2025 12:57
Keniyada Azərbaycanın məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb
05 Fevral 2025 18:16
Çində Orta Dəhliz müzakirəsi
04 Noyabr 2025 18:39
Ağalar Atamoğlanov: Orta Dəhliz strateji nəqliyyat marşrutuna çevrilir
23 Dekabr 2024 13:01
Baxış sayı:20
Bu xəbər 21 Noyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















