Icma.az
close
up
RU
Orta Dəhlizin strateji mərhələsi və Azərbaycanın yeni geoiqtisadi mandatı ŞƏRH

Orta Dəhlizin strateji mərhələsi və Azərbaycanın yeni geoiqtisadi mandatı ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Mərkəzi Asiyanın beş dövləti – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan uzun illərdir ki, C5 formatında regional dialoq aparır. Son on ildə bu formatın üzərinə “+1” komponenti əlavə olunaraq ABŞ, Avropa İttifaqı, Yaponiya kimi dövlətlərə C5+1 modelləri formalaşıb. İndi isə həmin arxitektura faktiki olaraq yeni bir element qazanır: Azərbaycan. Bu yeni konfiqurasiya – şərti olaraq “C5+Azərbaycan” və ya “C6” adlandıra biləcəyimiz yanaşma – Bakını təkcə nəqliyyat xəritəsində tranzit nöqtəsi kimi deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya–Avropa üçbucağının geoiqtisadi aktoru kimi mövqeləndirmək potensialına malikdir. Məsələ sadəcə diplomatik jestlərdən deyil, Orta Dəhliz, TRIPP/Zəngəzur dəhlizi, data mübadiləsi, enerji və qeyri-neft ixracı üzrə çoxillik real gündəmdən gedir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanın C5+1 əməkdaşlıq formatına daxil olması əslində üç paralel xətti birləşdirir: “Birincisi, C5 + Azərbaycan – Xəzərin iki sahilini vahid iqtisadi və nəqliyyat məkanına çevirən regiondaxili platforma olacaq. İkincisi, C5 + Azərbaycan + ABŞ/Aİ – böyük güclərlə artıq tək-tək deyil, blok+hub modelində dialoq forması vəd edir. Üçüncüsü, C5 + Azərbaycan + Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz – türk coğrafiyasında şaxələnmiş inteqrasiya xəttini təşkil edəcəkdir.

Beləliklə, Bakı yalnız “dəvət edilən qonaq” deyil, C5+1 məntiqini Xəzərin qərb sahilinə keçirən əsas qovşaq rolunu oynamağa başlayır. Azərbaycan bu formata qoşulmur, bu formatı genişləndirir”.

Deputat qeyd edib ki, digər mühüm bir məqam Orta Dəhliz kimi artıq rəqabətli tranzit məkanında Azərbaycanın “core hub” potensialının reallşması ilə bağlıdır: “Mövcud rəqəmlər də göstərir ki, son illərdə Orta Dəhliz üzrə yüklər bir neçə dəfə artıb, lakin hələ də potensialı tam əks etdirmir. C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-cu ilə qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin azı bir neçə milyon ton artması realdır”.

Müsahibimiz bildirib ki, yeni format ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən qeyri-neft ixracının struktur transformasiyanın inkişaf etməsinə təkan verə bilər. Azərbaycanın orta və uzunmüddətli inkişaf strategiyalarının mərkəzində qeyri-neft sektorunun gücləndirilməsi dayanır. C5+Azərbaycan bu baxımdan bir sıra mühüm funksiyaları yerinə yetirə bilər. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan həm Qara dəniz, həm Türkiyə, həm də Aralıq dənizi bazarlarına çıxış “qapısı”dır. Eyni məntiqlə Azərbaycan istehsalçıları üçün də Mərkəzi Asiya 100 milyondan artıq əhalini əhatə edən, tələbi artan, enerji gəlirləri fonunda alıcılıq qabiliyyəti yüksələn bazardır. Məhsul və xidmət strukturunun şaxələndirilməsi genişlənə bilər. C5+Azərbaycan çərçivəsində bir sıra məhsul və xidmət qruplarında daha dinamik ixrac siyasəti aparmaq mümkündür: metal və kimya məhsulları, kənd təsərrüfatı və qida (meyvə-tərəvəz, konserv, şərab, qənnadı), İT və rəqəmsal xidmətlər (proqram təminatı, BPO, fintech, e-gov həlləri), “edu tourism” və “medical tourism” (təhsil və müalicə üçün qarşılıqlı axınlar). Regional dəyər zəncirlərinə qoşulma sürətlənə bilər. Təkcə xammal satmaq əvəzinə, Mərkəzi Asiya xammalının və yarımfabrikatlarının Azərbaycanda emalı, daha sonra Avropaya çıxarılması üçün regional dəyər zəncirləri qurmaq mümkündür. Bu, qeyri-neft ixracının həcmini deyil, əlavə dəyər səviyyəsini də yüksəldən faktordur.

Deputat deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı və digər dövlət başçılarının şərhləri onu göstərdi ki, Zəngəzur dəhlizi təkcə yol deyil, mühüm bir geosiyasi və geoiqtisadi layihədir. Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması fonunda yaranmış ən mühüm geoiqtisadi konstruksiyalardan biridir. Dəhlizin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanı Naxçıvanla birləşdirən qısa, lakin strateji əhəmiyyətli quru dəhlizi yaradılır, həmin dəhlizin içindən dəmir yolu, avtomobil yolu, enerji xətləri və rəqəmsal infrastruktur eyni paketdə keçir, marşrut Türkiyə və daha sonra Avropa istiqamətində yeni, daha qısa “döngə” yaradır.

Təhlillər göstərir ki, bu dəhlizin C5+Azərbaycan kontekstində bir neçə mühüm təsiri var:

1. Orta Dəhlizin “ikili strukturu”. Bakı–Tbilisi–Qars xətti ilə yanaşı Bakı–Naxçıvan–Türkiyə xətti də formalaşır. Bu, həm risklərin diversifikasiyası, həm də yüklərin optimallaşdırılması baxımından əhəmiyyətlidir.

2. Enerji və elektrik ötürülməsi üçün əlavə kanal. Neft, qaz və elektrik enerjisi üçün alternativ marşrutların yaranması Azərbaycanın enerji xəritəsində “təkkanallı” riskləri azaldır, Mərkəzi Asiya resursları üçün isə Qərbə doğru çıxış qapısı yaradır.

3. Siyasi normallaşmanın iqtisadi dividendə çevrilməsi. Regionda sülh gündəminin real infrastruktur layihəsi ilə dəstəklənməsi C5+Azərbaycan formatının geosiyasi etibarlılığını artırır və xarici investor üçün riskləri aşağı salır.

Yəni, əslində Zəngəzur dəhlizi bu mənada C5+Azərbaycan formatını kağızda qalan diplomatik mexanizmdən çıxarıb konkret xəritə üzərində ölçülə bilən reallığa çevirən “möhkəm infrastruktur” sütunlarından biridir.

Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. C5+Azərbaycan Mərkəzi Asiya qazının (məsələn, Türkmənistan, Qazaxıstan) Xəzər üzərindən Azərbaycan infrastrukturu ilə Avropaya çıxarılması üçün əlavə siyasi baza yarada, mövcud boru kəmərlərinin (TANAP, TAP və s.) yüklənmə səviyyəsini artıraraq Azərbaycanın “baza tranzit gəlirlərini” yüksəldə bilər.

Xəzər hövzəsi bərpaolunan enerji potensialına görə artıq beynəlxalq diqqət mərkəzindədir. Azərbaycan dənizdə külək, günəş enerjisi və yaşıl hidrogen layihələri üzrə böyük investorlarla müqavilələr bağlayır. C5+1 və C5+Azərbaycan çərçivəsində Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji potensialı ilə öz imkanlarını “paket” şəklində Qərb bazarına təklif edə bilər. Bu modeldə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də “yaşıl enerji tranzit və ticarət platforması” rolunu oynaya bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri