Icma.az
close
up
RU
Orta əsrə aid saxsı nümunəsi üzərində Nizaminin beytinin həkk olunduğu müəyyənləşdirilib

Orta əsrə aid saxsı nümunəsi üzərində Nizaminin beytinin həkk olunduğu müəyyənləşdirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədli Masallı rayonu ərazisindən tapılmış və üzərində ərəb qrafikası ilə fars dilində yazılmış saxsı nümunəsini tədqiq edib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, saxsı nümunəsi şirsizdir, gilinin rəngi sarı-qırmızımtıldır və tərkibində qum qarışığı var. Keramikanın bir tərəfində yazı nümunəsi, digərində həndəsi naxışlar həkk olunub, ölçüləri 24x24x20 santimetr olan saxsının sağ və sol yanlarında qurtaracağı V şəkilli olan kiçik çıxıntıların ölçüləri 5x2x3.5 santimetrdir. Materialın aşağı hissəsi sınmış vəziyyətdədir. Buna görə də həmin hissənin formasını müəyyən etmək mümkün deyil. Keramikanın üz hissəsində farsca ərəb qrafikalı sətirlər var. Əks üzdə isə yuxarı tərəfdən üfüqi formada cızma üsulu ilə həkk olunmuş iki paralel xətt arasında eyni üsulla rombşəkilli naxışlar vurulub. Buna paralel olaraq üfüqi istiqamətdə batıq müşahidə olunur.

Gənc epiqraf saxsının üz tərəfində cızma-basma üsulu ilə 5 sətrdən ibarət beyt formasında həkk olunmuş nümunənin dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından götürüldüyünü müəyyənləşdirib. Belə ki, saxsı üzərində poemanın “Kitab üçün üzr” başlıqlı hissəsindən bir beyt və şairin Afaqa həsr etdiyi parça əks olunub. Saxsı qabın XV əsrə aid şirsiz dulusçuluq məmulatının bir hissəsi olduğu, üzərindəki yazının isə bilavasitə ustanın özü tərəfindən nəstəliq xəttində və cızma üsulu ilə həkk olunduğu müəyyən edilib. Saxsı parçasını hazırlayan sənətkarın kim olduğu haqqında hər hansı epiqrafik hissəyə rast gəlinməyib. Saxsı nümunəsinin sınmış hissəsində onun hazırlayan sənətkarın adının və ya möhürünün olması ehtimalını nəzərdən keçirmək mümkündür.

Orta əsrlərdə klassik ədəbiyyat nümunələrinə müraciət edən dulusçular həmin dövrün görkəmli ədəbi simalarından olan Nizami Gəncəvinin beytlərindən xüsusilə istifadə edirdilər. Bu isə orta əsr sənətkar və tacirlərin sosial-ictimai məsələlərdə Nizamiyə böyük əhəmiyyət verdiklərini göstərir.

Tədqiqatın nəticəsi “Universidad y Sociedad” jurnalında “Orta əsrlərə aid saxsı epiqrafik abidəsi üzərində Nizaminin həkk olunmuş klassik beyti” adlı məqalə şəklində çap olunub və “Web of Science”da indekslənib.

Qeyd edək ki, saxsı nümunəsi hazırda Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyində qorunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri