Icma.az
close
up
RU
Orta məktəblərdə dini biliklər milli mədəni kontekstdə təqdim olunmalıdır

Orta məktəblərdə dini biliklər milli mədəni kontekstdə təqdim olunmalıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Vaxtında dini maarifləndirmə olmasa, gənclər yad təsirlərin qurbanına çevriləcək

Müasir dövrdə qloballaşma, informasiya axınının sürətlənməsi və müxtəlif ideoloji təsirlərin artması cəmiyyət qarşısında yeni mənəvi və dünyagörüşü problemləri yaradır. Bu proseslər xüsusilə gənclər və yeniyetmələr arasında dini mövzuların yanlış mənbələrdən, bəzən isə radikal və xurafatçı yanaşmalarla ötürülməsi riskini artırır. Belə bir şəraitdə dini maarifləndirmə məsələsi yalnız dini qurumların fəaliyyəti ilə məhdudlaşmamalı, daha geniş və sistemli yanaşma tələb etməlidir.

Cəmiyyətin gələcəyini formalaşdıran əsas institutlardan biri olan təhsil sistemi, xüsusən də məktəblər bu baxımdan mühüm rol oynaya bilər. Məktəblər gənc nəslin düşüncə tərzinin, mənəvi dəyərlərinin və vətəndaş mövqeyinin formalaşdığı əsas mühit kimi dini biliklərin düzgün, elmi və dünyəvi prinsiplər əsasında çatdırılması üçün əlverişli platformadır. Burada söhbət şəriət qaydalarının tədrisindən deyil, dinin mədəni, mənəvi və etik aspektlərinin gənclərə aşılanmasından gedir.

Məhz bu yanaşma dini radikalizm, məzhəbçilik və xurafatla mübarizədə effektiv mexanizm kimi çıxış edə bilər. Milli-mənəvi dəyərlərin qorunması, sağlam dini düşüncə mədəniyyətinin formalaşdırılması və savadlı din xadimlərinə olan ehtiyacın qarşılanması baxımından məktəblərin dini maarifləndirmə prosesində iştirakının əhəmiyyəti getdikcə daha qabarıq şəkildə özünü göstərir.

Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusundakı konfransda məktəblərin dini maarifləndirmə prosesində mühüm rol oynadığından danışıb. 

Onun sözlərinə görə, cəmiyyətin ehtiyac duyduğu əsas kadrlardan biri savadlı din xadimləridir: "Dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizə baxımından mövcud resurslarla yanaşı, yeni və perspektivli mənbələrə ehtiyac var. Bu kontekstdə ilk ağla gələn vasitə təhsil sistemi və məktəblərdir. Milli-mənəvi dəyərlərin gənclər və yeniyetmələr arasında düzgün təbliği ilə yanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrinin potensialından istifadə olunmalıdır. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və ölkə dünyəvi dövlət kimi təhsildə şəriətlə bağlı məsələlərin yer almasına imkan vermir. Lakin din yalnız şəriətdən ibarət deyil, onun mədəni və mənəvi aspektləri də mövcuddur. Bu baxımdan məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəvi yönlərinin düzgün çatdırılması, gənclərin dini maarifləndirilməsində təhsilin rolunun artırılması məqsədəuyğundur".

Gündüz İsmayılov bildirib ki, Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş deyil. Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac var: “Bundan əlavə, Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır. Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var”.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu isə çıxışı zamanı bildirib ki, məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər.

O bildirib ki, dövlət standartları adlı sənəddə açıq şəkildə orta təhsil müddətində şagirdlərin hansı bilik, bacarıq və dəyərləri hansı səviyyədə mənimsəməli olduqları göstərilir: “Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq mövcuddursa, məsələ əsaslandırılmış və elmi yanaşma ilə dövlət standartlarına təklif edilə bilər”.

Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı Tural İrfan isə “Şərq”ə açıqlamasında bildirib ki, dini biliklərin cəmiyyətə, əsasən yeniyetmə və gənclərə vaxtında və düzgün aşılanması üçün müvafiq tədbirlərin görülməsi zəruridir. İlahiyyatçının fikrincə, vaxtında mənəvi boşluq buraxmaq sonra həmin gənclərin mənfi aqibətə tuş gəlmələrinə səbəb olur: “Bunun baş verməməsi üçün bağçadan, orta məktəbdən başlayaraq ali təhsil ocaqlarına qədər müəyyən edilmiş üsul və vasitələrlə din və dini dəyərlər düzgün şəkildə çatdırılmalıdır. Bu yöndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun fikri ilə razılaşmamaq mümkün deyil. Mütəmadi olaraq biz də qeyd etmişik ki, uşaqları zamanında dini yöndə sağlam bilgiləndirmək lazımdır ki, böyüyəndə azğın əqidələrə, radikalizmə, xurafatçılıq və məzhəbçilik təəssübkeşliyinə yuvarlanmasınlar. Bu, insanların hamısının dindar olması, yaxud din xadimi olması üçün təbliğat kimi qəbul edilməməlidir. Bu, yalnız gələcəkdə gənclərin beyninin yad təsirlər vasitəsilə zəhərlənməməsi üçündür. Hər halda məktəblərin dini-mənəvi maarifləndirmədə rolunun artırılması bu yöndə böyük fayda verər. Dünyəvi təhsil prinsiplərini mütləq qorumaq lazımdır. Çünki din dövlətdən ayrıdır və orta məktəblərdə din tədrisi mənfi nəticələrə gətirə bilər. Dinin özü də parçalanıb. Ölkəmiz də çoxkonfessiyalı, çoxməzhəbli ölkədir. Hələ dünyada vahid islam modeli yoxdur. Hər ölkədə bir məzhəb hakimdir. Bizdə isə yalnız mötədil və orijinal şəkildə ümumi dini-mənəvi maarifləndirmədən söhbət gedir. Tədris ilə məlumatlandırma, maarifləndirmə fərqlidir. Məktəblərdə dini-mənəvi dəyərlərin aşılanması radikalizm və xurafatla mübarizədə effektiv ola bilər. Lakin bu çox həssas məsələ olduğu üçün proses sağlam və xarici təsirlərdən tam uzaq kadrlar vasitəsilə aparıla bilər. Mədəni və mənəvi dəyərlərin maarifləndirmə yolu ilə çatdırılması müəyyən proqram əsasında baş verə bilər. Əsasən dinin mədəni, tarixi, mənəvi yönlərinə, ümumi köklərinə üstünlük verməklə düzgün çatdırılması, təbii ki, gənclərin düzgün maarifləndirilməsində təhsilin rolunun artırılması ilə mümkündür. Yad təsirlər, xarici din modellərinə meyl, radikalizm, xurafat və dünyəvilikdən təcrid, təhsildən yayınma, məzhəbçilik kimi zərərli hallardan qorumağın yolu yalnız vaxtında və yerində gəncləri dini-mənəvi yöndən maarifləndirməkdir”.

İlahiyyatçı-alim Əkrəm Həsənov da qeyd edib ki, dini təhsil və dünyəvi dövlət modelinin uyğunlaşması müasir cəmiyyətlərdə daim aktual müzakirə mövzusu olub. Onun sözlərinə görə, Azərbaycanda bu məsələyə yanaşma həm milli-mənəvi dəyərlərimizin qorunmasını, həm də dini maarifləndirmənin təhlükəsizlik və ictimai sabitlik baxımından əhəmiyyətini nəzərə alaraq həyata keçirilməlidir: “Azərbaycan Konstitusiyası və qanunlarına görə, din və təhsil bir-birindən ayrıdır. Lakin bu ayrılıq milli kimliyimizin və mədəniyyətimizin formalaşmasında islamın oynadığı rolu inkar etmir. Din milli kimliklə bağlı mühüm bir məqamdır və bu sahədə maarifləndirmə doğru çərçivədə aparılmalıdır. 

Orta məktəblərdə dini biliklər milli-mədəni kontekstdə təqdim olunmalıdır.  

Bu, dini radikalizm və yanlış məlumatların qarşısını almaq üçün əhəmiyyətlidir. Milli vətənpərvərlik ruhunun aşılanması zamanı dini-mənəvi dəyərlərə də toxunmaq vacibdir. Dini maarifləndirmə ilə dini təhsil fərqləndirilməlidir. Orta məktəblərdə dini maarifləndirmə milli-mədəniyyət dərsləri çərçivəsində tədris oluna bilər. Bu, uşaqlara yalnız öz dini dəyərlərini deyil, digər dinlərə hörmətlə yanaşma mədəniyyətini də aşılayar.

Sözsüz ki, mütəxəssis hazırlığı və dövlət nəzarəti əsasdır. Dini təhsil sahəsində təlim keçmiş, dövlət tərəfindən sertifikatlaşdırılmış müəllimlərin iştirak etməsi zəruridir. Bununla yanaşı, bu maarifləndirmənin dünyəvi prinsiplərdən kənara çıxmaması dövlətin nəzarətində olmalıdır. İnsan hüquqlarına və müxtəlifliyə hörmət təmin edilməlidir. Orta məktəblərdə dini təhsilin tətbiqi hər hansı bir məcburiyyət və ya fərqli dini inanclara hörmətsizlik doğurmamalıdır. Plüralist və tolerant cəmiyyət modeli qorunmalıdır”.

Dinin ayrıca fənn kimi tədrisinə gəldikdə isə ilahiyyatçı-alim qeyd edib ki, orta məktəblərdə dini təhsil deyil, dini maarifləndirmə çərçivəsində hərtərəfli və balanslı bir yanaşma ilə milli-mənəvi dəyərlər öyrədilməlidir. Belə yanaşma həm cəmiyyətin təhlükəsizliyinə, həm də milli həmrəyliyə töhfə verə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri