Icma.az
close
up
RU
Orta məktəblərdə şagirdlərə dini və etik biliklər verilməlidir Elm və təhsil komitəsinin üzvü

Orta məktəblərdə şagirdlərə dini və etik biliklər verilməlidir Elm və təhsil komitəsinin üzvü

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Məktəblərdə din və mənəviyyatla bağlı dərslərin tədrisi ehtiyac məsələsi deyil, daha çox təhlükəsizlik məsələsidir.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun "məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər" fikirlərinə münasibət bildirərkən dedi.

"Yəni, biz bu məsələyə təhlükəsizlik prizmasından yanaşmalıyıq. Hər halda, məktəblərdə bu sahəyə böyük ehtiyac, tələb və maraq var. Lakin bəzən bu mövzu orta məktəblərdə yanlış anlaşılır. Sanki burada məqsəd dini ehkamların öyrədilməsi və ya dinin tədrisidir. Əslində isə söhbət orta məktəblərdə din haqqında məlumat və bilik verməkdən gedir. Bizim məqsədimiz şagirdlərə sadəcə məlumat ötürməkdir. Bu məsələyə, bu kontekstdən yanaşmalıyıq", - deyə müsahibimiz vurğuladı.

Millət vəkilinin fikrincə, orta məktəblərdə şagirdlərə dini və etik biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərə məruz qalmasınlar:

"Burada əsas məqsəd budur: şagirdləri zərərli təsirlərin qurbanı olmasından qorumaq. Məhz bu hədəf və məqsəd nəzərə alınaraq, bu prosesi düzgün şəkildə idarə etməliyik. Mən düşünürəm ki, orta məktəblərdə uşaqlara bu cür məlumat və biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərin altına düşməsinlər. Biz bu məsələyə, bu nöqteyi-nəzərdən yanaşmalıyıq".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri