Ortaq tarix, parlaq gələcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, sadəcə iki dövlət arasındakı cari münasibətlərin icmalı deyil, həm də Türk dünyasının gələcək inteqrasiya modelini formalaşdıran konseptual bir strategiyanın təqdimatıdır.
Azərbaycanın dövlət başçısının çıxışında dərin tarixi faktlara xüsusi yer ayırması, Bakı ilə Daşkənd arasındakı müttəfiqliyin anlıq siyasi maraqlara deyil, əsrlər boyu sınaqdan çıxmış sarsılmaz qardaşlıq bağlarına söykəndiyini nümayiş etdirir. Bu yanaşma, müasir beynəlxalq münasibətlər sistemində xalqların ortaq mədəni və tarixi köklərinin necə güclü bir siyasi-diplomatik silaha və birlaşdirici qüvvəyə çevrilə biləcəyinin ən bariz nümunəsidir.Müsahibənin strateji əhəmiyyəti həm də ondan ibarətdir ki, cənab Prezident Azərbaycan və Mərkəzi Asiya regionunu vahid bir geosiyasi, geoiqtisadi məkan kimi xarakterizə edir.
Bu gün regional təhlükəsizlik və nəqliyyat-logistika layihələrinin xüsusi aktuallıq qazandığı bir dövrdə, iki ölkənin birgə fəaliyyəti Şərq-Qərb nəqliyyat dəhlizinin (Orta Dəhliz) təhlükəsizliyini və səmərəliliyini təmin edən əsas sütun rolunu oynayır. Özbəkistan mediası vasitəsilə verilən mesajlar, həm də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzinə çevrilməsi yolunda Azərbaycanın vizyonunu ortaya qoyur və digər qardaş respublikaları bu inteqrasiya prosesində daha aktiv olmağa təşviq edir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:Ortaq tarix, ortaq gələcək: Azərbaycan və İran əlaqələri
02 May 2025 15:06
Ortaq tarix, ortaq gələcək: Bakıda mühüm mədəni müzakirə
05 May 2026 18:18
Azərbaycan və Gürcüstan: Ortaq maraqlar, ortaq gələcək
08 Aprel 2026 11:09
Azərbaycan Qırğızıstan: Ortaq tarix, ortaq kök, ortaq maraqlar ŞƏRH
02 Avqust 2026 17:17
Baxış sayı:114
Bu xəbər 24 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















