Icma.az
close
up
RU
Oruc tutan deputatlar: Gəlin, elə yaşayaq ki, Tanrıya da xoş olsun!

Oruc tutan deputatlar: Gəlin, elə yaşayaq ki, Tanrıya da xoş olsun!

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Martın 1-dən Azərbaycanda mübarək Ramazan ayı başlayıb. Ramazanda inanclı insanlar imkan daxilində İslam dininin 5 vacib şərtindən birinə əməl etməyə çalışırlar - oruc tuturlar. 
Təbii ki, oruc tutmaq vəzifədən, qulluq mövqeyindən, sosial statusdan aslı məsələ deyil. Yəni oruc tutanlar sırasında hər kəsi görmək olar. Eləcə də deputatları.

Bəs Milli Məclisin hansı deputatları oruc tuturlar?


Modern.az saytının əməkdaşı bununla əlaqədar parlament üzvlərinə müraciət edib. 


Məlahət İbrahimqızı oruc tutuduğunu bildirib: "Bəli, mən də oruc tuturam və çalışıram ki, Ramazan ayının qayda və qanunlarına əməl edim…".


Aydın Hüseynov isə oruc tutmağa çalışacağını qeyd edib: "Çalışacam ki, mən də oruc tutum".


Razi Nurullayev, Ceyhun Məmmədov və Fazil Mustafa da oruc tutan deputatlar sırasındadırlar.


Elşad Musayevin sorğumuza cavabı belə olub: "Kim oruc tutursa, Allah köməyi olsun. Kim də tuta bilmirsə, səhhəti imkan vermirsə, Allah canını sağ eləsin".


Azər Allahverənov bu il oruc tuta bilməyən deputatlardandır: "Bu il oruc tutmaq mənə nəsib olmayıb".
Tahir Rzayev iş rejiminin gərgin olmasına və vaxt bölgüsünə görə oruc tutmaq imkanının olmadığını bildirib.


Arzuxan Əlizadə müəyyən problemlərə görə hələ ki oruc tutmadığını, amma yaxın vaxtda oruca başlamağı planlaşdırdığını söyləyib.
 

Ülviyyə Həmzəyevanın sualımıza belə cavab verib: "Orucun İslam dininin beş sütunundan biri olması bu ibadətin son dərəcə önəmliliyindən xəbər verir. İbadət insanın Allaha olan sevgi, hörmət və itaətini ifadə etdiyi mənəvi və dini əməllər toplusudur. İslamda ibadət təkcə namaz qılmaq, oruc tutmaq, zəkat vermək və Həccə getmək kimi vacib əməllərlə məhdudlaşmır, eyni zamanda insanın niyyəti və əxlaqı ilə bağlı hər bir yaxşı əməli də əhatə edir. Məsələn, insanlara kömək etmək, dürüst və ədalətli olmaq, halal qazanc əldə etmək də ibadət sayılır. Həmçnin ibadət Allahla insan arasındadı və hər kəsin bu mövzulara fərqli yanaşması ola bilər. Ümumiyyətlə isə bu kimi mövzuların soruşulmasına fərqli yanaşır və çox şəxsi olduğunu düşünürəm. Sadəcə, necə deyərlər, gəlin elə yaşayaq ki, Tanrıya da xoş olsun!".
Sahib Alıyev Allaha ona oruc tutmaq imkanı verdiyi üçün minnətdarlıq edib: "Açığı mən bu cür şəxsi sualları cavablandırmağı düzgün saymıram. Amma bir halda suruşursunuzsa, deyim: məncə, özünü müsəlman sayan hər bir yetkin adam ümmətin bir zərrəsi olaraq əgər sağlamlığı və şərait imkan verirsə, oruc tutmalıdır. Mən də Allahıma uzun illərdir ki, oruc tutmaq xoşbəxtliyini nəsib etdiyinə görə minnətdaram".
 

Bəzi deputatlar sualın şəxsi olmasını əsas gətirərərək, sorğumuzda iştirak etmək istəməyiblər, digərləri ümumiyyətlə cavab verməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri